AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Nikolas D`Oriano

Nikolas D`Oriano

Bakıya gəldiyinizdə ilk diqqətinizi nə çəkdi?

- Bakıya ilk daxil olduğumda Baku2015 loqoları diqqətimi çəkdi, loqolar şəhərin hər yerində var idi. Aeroportdan Olimpiya kəndinə daxil olanadək bizə aydın oldu ki, burada hər kəs səbirsizliklə bu yarışları gözləyir.

Üzgüçülüklə nə vaxtdan məşğulsuz?

- Üzgüçülüklə 3-4 yaşından məşğulam, amma yarışlara 6 yaşından qoşulmuşam.

İlk Avropa Oyunlarına necə hazırlaşmısız?

- Avropa Oyunları mənim bir il ərzində gözlədiyim yarış idi. Bir neçə medal qazanmağı qarşıma məqsəd qoymuşdum. Bunun üçün də mən il boyu gərgin məşqlər edirdim.

Boş vaxtlarınızda nə ilə məşğul olursuz?

- Zamanımı idmanla keçirirəm, futbol oynamaqdan zövq alıram. Amma boş olduğum zamanlarda PlayStation oynayıram, fikrimcə mənim yaşımda insan üçün bu normaldır (gülür).

İdman kumiriniz kimdir?

- Mənim kumirim ingilis reqbiçi Conni Wilkinson-dur. O, belə məşhur və güclü idmançı olması üçün vaxtilə ciddi məşqlər edirdi. Conni müasir dövrün ən güclü reqbiçisi hesab olunur.

 

Müsahibəni aldı: Jalə Orucova (Azens.az saytının rəhbəri)