AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu

 Gənclər hər bir suala operativ cavab gözləyirlər. Onların bu istəkləri təmin olunmalıdır. Azens.az ilk növbədə ölkəmizdə və dünyada baş verən xəbər və hadisələrin obyektiv analizini müəyyənləşdirməlidir. 

 Sizə yalnız bir arzum var. Qulaqlarınız və gözləriniz dünyanın dörd tərəfinə də açıq olsun.Unutmayın ki,müharibə küləkləri hələ də başımızın üstündə əsir. Bax,bu vəziyyətdən asılı olaraq son dərəcədə məsuliyyətli və ayıq olmalısınız. Çiyninizdə dövlətçilik yükü duymalısınız.

 Jalə xanım, şəxsən sizə isə qadın xoşbəxtliyi diləyirəm! Bu gündən etibarən özümü sizin kollektivin üzvü hesab edirəm. Və Azens.az- a saytınız yox, SAYTIMIZ deyirəm. Mənim gənc dostlarım çoxdur. Onlar mənə öz yaşımı unutdururlar.