AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Fərhad Hacıyev

Fərhad Hacıyev

 Gənclər bizim gələcəyimizdir. Gələcəyimizi möhkəm təməllər üzərində qurmaq bizim qarşımızda duran ən mühüm vəzifədir. Bütün uğurlar, qələbələr biliyə, savada, intellektə əsaslanır.

 

Biz gənclərimizi savadlı görmək istəyirik və bunun üçün də məktəb yaşlarından başlayaraq ən çox diqqət etməli olduğumuz məqam gənclərin məhz biliyə olan münasibətidir. Biz gənclərimizə hərtərəfli inkişaf etmək üçün hər cür dəstək verməyə hazırıq. Bugün dövlətimiz tərəfindən gənclərə çox böyük imkanlar yaradılıb. İstər xaricdə təhsil ala bilmələri üçün, istər geri döndükləri zaman işlə təmin olunmaları üçün, istərsə də ictimai fəal gənclər üçün yaradılan imkanlar göz önündədir. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramı və onun icra planına daxil olan məsələlər buna nümunədir. Adı çəkilən proqramın planına əsasən təsis olunmuş Gənclər Fondu da gənclərimizin ideyalarını gerçəkləşdirmək üçün fəaliyyət göstərir. Biz gənclərimiz üçün çalışırıq və onlardan da yaradılmış imkanlardan istifadə edərək inkişaf etməyi, cəmiyyətə, dövlətə yararlı vətəndaş olmağı gözləyirik.

 

 Bu tipli informasiya ötürücüsü olan saytlar gənclərin məlumatlandırılması baxımından çox faydalıdır. Yeni fəaliyyətə başlamış azens.az saytı buna bir nümunədir. Bugün böyük problemlərdən biri də informasiya qıtlığı, məlumatlılığın az olması, gənclər arasında informasiya şəbəkələrinin olmamasıdır. Bu məqamlara diqqət yetirilməli, aradakı boşluqlar doldurulmalıdır. Azens.az saytının gənclərin böyük marağına səbəb olacağına inanıram. Bu yolda Jalə xanim sizə və saytınıza uğurlar arzu edir, gənclər üçün faydalı olmağınızı diləyirəm.