AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Eldar Qasımov

Eldar Qasımov

İntellekt, dünyagörüşü və mədəniyyət ― məncə bu sözləri bir-birindən fərqləndirən sadəcə hərflərdir.

Əslində bu 3 ayrı-ayrı müstəqil sözlərdi, amma eyni zamanda bu sözlər, bu keyfiyyətlər bir-birindən çox asılıdırlar. Məhz bu keyfiyyətlər bir-birini tamamlayaraq insanı tərbiyə edərək əsl şəxsiyyəti yaradır. Fikirləşirəm ki, hər oxuyan və bir balaca da olsa dünyagörüşü olan adam alimlər və ya tanınmış şəxsiyyətlər arasından fikirlərlə özünə yaxın olanı kumir seçir, müəyyən edir. Mən uşaqlıqdan özüm üçün müasir musiqinin "alimlərini" müəyyən etmişəm. Onlara baxıb, öyrənirəm, ibrət alıram. Bu yaxınlarda Enşteynin bir fikrinə rast gəldim: "dünyanın 2 sonsuzluğu var - kainat və insanın axmaqlığı. Və kainat haqqında mən hələ ki, tam əmin deyiləm". Çox xoşuma gəldi.

Azens.az saytını izləyirəm. İstərdim ki, məqalələriniz bir çox dillərdə çıxsın və əlbəttə ki, intellektual, dünyagörüşlü və yüksək mədəniyyətə malik olan nəsli böyüdəsiniz! UĞURLAR!