AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Bəhram Bağırzadə

Bəhram Bağırzadə

 «Mən Azərbaycan gənclərindən məndən 20 il əvvəl nə gözləyirdilərsə, onu gözləyirəm. Bu yaxınlarda belə bir məlumat oxudum ki, təkcə İngiltərə/Londonda 900-dən çox tələbə təhsil alır. Hər il nə qədər azərbaycanlı gənc xaricə təhsil almaq üçün göndərilir. Bu dövlətimizin gələcəyi üçün bonusdur, dividentdir. Dövlətimiz gənclərin təhsil və inkişafları üçün kifayət qədər şərait yaradır.

 İstənilən informasiya yönlü elmi və ensiklopedik saytlar insan üçün yararlıdır, həmçinin də Azens.az saytı. 5 il bundan əvvələ kimi, mən minlərlə qəzet alırdımsa, bu gün həmin informasiyanı internetlə əvəz edirəm.

 Mədəniyyət, savad və dünyagörüşü – bunlar eyni nöqtədən çıxan şüaya bənzəyir.  Ana xəttlər birləşdikdə insanın həyat drammaturgiyasında çoxlu kulminasiyalar baş verir. Hansı ki, həmin kulminasiyalar artıqca insan qalibiyyətə daha çox yaxınlaşır. Əgər həmin şəxsiyyət həyatda qalib gəlirsə, o qalib kimi arxasi ilə müəyyən kütləni aparır. Hansı ki, bu kütləni millət, xalq əhatə edir. Millət inkişaf etdikcə, dövlət də inkişaf edir. Qalibiyyətimiz bu üç amildən asılıdır. İnsanlar nəinki savadlı, həm də mədəni və dünyagörüşlü olmalıdır.

 İnformasiya qəbulu mütəmadi alışqanlıqdır. Mən hər gün 2 saat elektron informasiya əldə etməliyəm. İstər idman sahəsində, istərsə də digər sahələrdə..... Azərbaycanda yeganə yığma şahmat yığmasıdır ki, orda yalnız azəbaycanlılar iştirak edir. Saytınızda alimlərə üstünlük versəz, daha çox oxucu cəlb etmiş olacaqsız.

 Daima İrəli!»