“Din” sözünün mənası


"Də-nə, yə-di-nu və di-ya-nə-tən" şəklində lüğətlərdə yazılan və cəmi "ədyan" şəklində qeyd edilən bu söz aşağıdakı mənalara gəlir: "cəza, mükafat, hökm, hesab, itaət, boyun əymək, ibadət, adət, hal, şəriət, qanun, yol, məzhəb, millət" və s.  Din sözü Avestada "daena", pəhləvi dilində (qədim fars) "den" şəklində işlədilib ki, bunlar da "yol, üslub, tərz" mənalarına gəlir. İbrani dilində əvvəllər "ibadət, qurban və dua" mənəlarına gələn "abodat elohim" həmçinin "din" mənasını da ifadə edirdi. Qədim Yunan dilində isə "din" sözü hörmət mənasına gələn "trioheya" kəlməsi ilə ifadə edilirdi.  Qədim türklər müxtəlif dövrlərdə "din" sözünü ifadə etmək üçün "drm", "darm", "nom", "den" kimi sözlər işlədiblər. Ancaq tarixin seyri içində türk dövlətlərində və boylarında bu mənada hansı sözlərdən istifadə edildiyini müəyyən etmək olduqca çətindir. Ancaq uyğur türkləri arasında "din" sözünü ifadə etmək üçün eyni kəlmə işlədilib.  Qərb dünyası bu gün istifadə edilən "din" sözünü nə yunanlardan, nə yəhudilikdən, nə də xristianlıqdan götürüb. Din mənasına gələn söz onların dillərinə qədim bütpərəst Romadan keçib. Latın dilində "din" sözü haqqında "böyük hörmət, diqqət, təzim edilən şey" mənasında "religio" sözü işlədilirdi. Bu sözün "relegere"dən və ya "bağlamaq" mənasına gələn və insanlarla Tanrı arasında əlaqəni ifadə edən "religare"dən törədiyi iddia edilib. Hazırda Qərb dillərində işlədilən "religion" kəlməsində qeyd edilən hər iki mənanın olduğu bildirilib.  Hinduizmin müqəddəs dili olan sanskrit dilində "din" mənasında "dhr" kökündən törəyən "dharma" sözü işlədilir.  Buddizmin müqəddəs dili olan Pali dilində "doktrina" mənasında "dhamma" şəklindədir. Bu söz "həqiqət, qanun, yol, vəzifə, nizam, fəzilət" kimi mənalara gəlir...  Bu gün bütün dünyada din kəlməsi demək olar ki, eyni mənada istifadə edilir.
Tweet