"Santa Klaus"la "Şaxta baba"nın fərqi


  2. Qalpaq ― bəlkə də bu sözün mənasını çoxumuz bilmirik. Bu Santa Klausun geydiyi papaqdır. Hətta Bəzi gənclərimiz Yeni İl əhval-ruhiyyəsi yaratmaq üçün bu papaqdan gəzintidə də istifadə edirlər. Bu papaq vasitəsilə əsl Şaxta Baba ilə əcnəbi Santa Klausu çox asanlıqla fərqləndirmək olar. Şaxta Baba isə əsl boyar papağı geyər.  3. Buxarıya asılmış corablar ― Bu yalnız qərb adətidir: guya Santa Klaus bacadan evə düşür və corabların içinə hədiyyələr qoyur. Corabların sayı ailədə neçə insanın yaşadığını göstərir. Bizim Şaxta Baba isə bu obraza malik deyil.   4. Qırmızı rəng ― Biz Santa Klausu müxtəlif rənglərdə görmüşük: mavi, yaşıl, bənövşəyi və.s. Hətta ABŞ-da mavi libaslı Santa Klauslar daha çox dəbdədirlər. Amma bizim Şaxta Babanın libası yalnız qırmızı rəngdə olur. Ciddiliyinə sadiq qalaraq Şaxta Baba başqa rəngli libas geymir. Üzərində yalnız ağ rəngin çalarları olur.   5. Üst geyimi ― Santa Klausun gödəkcəsi adətən gödək olur. Bizim Şaxta Babanın isə üst geyimi olduqca uzun olur və əcnəbi Babanın geyimindən fərqli olaraq onda şalvar görsənmir. Kürk (şuba) Şaxta Babanın çox soyuq və uzaq yerdən gəlməsini sübut edir. XIX əsrin əvvəllərində Şaxta Baba plaşla təsəvvür edilirdi. Daha sonra təsvir dəyişirildi. Həmin əsrin sonlarından Şaxta Baba xəzli kürklə bəzədilməyə başladı.   6. Qarqız ― bu əsas götürülən fərqdir. Santa Klausun heç vaxt nəvəsi olmayıb. Şaxta Babanın isə  çox sevimli nəvəsi var, bu hamımızın yaxşı tanıdığı Qarqızdır. Bizim Şaxta Baba ikili, Santa Klaus isə təkdir  =)  Bundan əlavə, Şaxta Baba Santa Klausdan olduqca qocadır. Bu haqda məşhur Amerika yazıçısı Kliment Murun  “Miladdan əvvəlki gecə”  kitabında da yazılmışdır.   7. Maral ― həmişə Amerika kinolarında marallarla aya çıxan Santa Klaus görürük. Bəli, bu qərb adətidir. Şaxta Baba isə maral əvəzi troykadan (üçatlı minik arabası ya kirşə)  istifadə etməyi üstün tutur. Aya çıxmır, məhz öz sahib olduğu torpaqla insanları sevindirməyə gedir.    Azens.az  Müəllif: Orucova Jalə
Tweet 2175