"Tom və Cerri" necə yarandı?


Bu cizgi filminin ekranlaşdırılması ideyası isə 1936-cı ildə ssenarist Riç Hoqan tərəfindən yaranmışdır. Bu cizgi filminin çəkilişi 1936- ildə başlamış, 1939-cu ildə başa çatmışdır.  Siçan-pişik qaçma-tutması ilə bağlı şən və gülməli məcaralarla dolu bu cizgi filmini ilk dəfə “Metro Goldwyn Mayer” kinokompaniyası təqdim etmişdir. Ekranlara çıxan bu cizgi filmində pişik – “Casper”, siçan isə - “Cerri” adlanırdı. Bu animasiya filmi elə ilk nümayişindən sonra milyonların ürəyinə yol açır. Hətta gözlənildiyindən də qat-qat artıq populyarlaşır. Bu cizgi filminin yaradıcıları isə Uilyam Hanna və Cozef Barbera idi. Onların yaratdığı bu cizgi filmi dünyanın hər yerində baxılan, sevimli, ən məşhur bir cizgi filminə çevrilmişdir. Bu cizgi filmi 1940-cı ildə “Oskar” mükafatina da layiq görülmüşdür.  1941-ci ildən bu məşhur cizgi filminə o vaxtlar məşhur olan  Fred Kuimbi prodüsserlik etməyə başlayır. Elə həmin vaxtdan dünyaşöhrətli cizgi filmi rəsmi olaraq “Tom və Cerri” adlandırılır.  1940-1958-ci illər arası, yəni 18 ildən artıq bir müddətdə Uilyam Hanna, Cozef Barbera və Fred Kuimbi üçlüyü  birgə calışaraq, “Tom və Cerri” adlı hamı tərəfindən sevilən bir cizgi filmləri serialı yaradırlar. Bu məşhur cizgi filmi 114 seriyadan ibarətdir.  Məşhur “Tom və Cerri” cizgi filmi yalnz Hanna, Barbera və Kuimbi üçlüyünün əməyinin nəticəsi deyil. Bu cizgi filminin ərsəyə gəlməsində bəstəkar  Skott Bredlinin də əməyi böyükdür. O, bu cizgi serialının müsiqisinin müəllifidir. Bundan əlavə, bəstəkar Skott Bredli 300-dən çox animasiya filmlərinə müsiqi bəstələmişdir.  Yuxarıda sadaladıqlarımızdan əlavə, məşhur “Tom və Cerri” cizgi serialında rəssamlar – Kennet Myüs və İrvin Spens daha çox əmək qoymuşdur. Kennet Myüs – Cerrinin, İrvin Speys isə - Tomun rəsmlərini çəkib işləmişdir.  Məşhur cizgi filmlərinin yaradıcısı olan bu istedadlı animasiya ustaları “Metro Goldwyn Mayer” kinokompaniyasında birlikdə fəaliyyət göstərərək hamı tərəfindən sevilən neçə-neçə cizgi filmləri yaratmışlar. Amma təəssüflə qeyd etməliyik ki, 1958-ci ildə gözlənilmədən kinokompaniyanın rəhbərliyi animasiya studiyasının bağlanmasına qərar verir. Məşhur “Tom və Cerri” cizgi serialının yaradıcı heyəti özlərinə özəl bir animasiya filmləri studiyası açır və bu dəfə  “Colombia Pictures” kino və televiziya kompaniyası ilə birgə fəaliyyətə başlayırlar. Zamanın şən və daha çox sevilən yeni-yeni cizgi filmlərini yaradırlar. Məsələn: “Skubi – Du”, “Conni-Kvest”, “Cesstonlar” və s...  Bu dünyada heç nə daimi deyil. 2001-cii ilin mart ayının 22-də Uilyam Hanna dünyasını dəyişir. Tək qalan Cozef Barbera isə məşhur animasiya studiyalarında məsləhətçi kimi çalışmaqla kifayətlənir. Onu da qeyd etmək lazımdır ki, bir çox məşhur cizgi filmlərinin çəkilişində Cozef Barbera baş məsləhətçi-konsultant olmuşdur. AZENS.AZ Orucova Jalə
Tweet 6534