Şamaxının toponimi

 Tarixçilərə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olub. Fars mənbələrinin məlumatına görə, Şamaxı VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınıb. Ənuşirəvan 531-579-cu illərdə İranda hökmranlıq etmiş məşhur Sasani padşahı olmuşdur.   Ən geniş yayılmış əfsanəyə görə Şamaxı “şəməxi” sözündən əmələ gəlib, “şərq qardaşları” mənasında olması irəli sürülür.  Bir çoxları adın  “şah”və “max” sözlərindən əmələ gəlməsini güman edirlər ki, bununda mənası “Şah şəhəri” deməkdir.   AZENS.AZ 
Tweet