Çayın kəşfedilmə tarixçəsi


 Shen Nung bir gün bağçada ağzı açıq bir qabda su qaynadarkən kolluqlardan bir neçə yarpaq qaynayan suyun içinə düşdü. Nung yarpaqları suyun içindən yığa bilmədən yarpaqlar suda qaynamağa, xoş bir qoxu ətrafa yayılmağa başladı. İmperator maraqlanıb suyun dadına baxınca çay kəşf edilmiş oldu. İmperatorun öz kəşfi haqqındakı düşüncəsi çayın susuzluğu yatırdığı, hərarəti aradan qaldırdığı və yuxuya olan istəyi azaltdığı şəklində idi. Çay adı da çıncə olan  “ça” sözündən gəlir. Bənzər şəkildə çaya türkdilli dövlətlər "çay", ərəblər "shay", Yaponlar 'cha' deyirlər.  Çay bu gün dünyada sudan sonra ən çox içilən içkidir. Avropaya 1610-cu ildə dərman vasitəsi kimi gətirilib. Tacirlər onu revmatizm, mədə ağrıları əleyhinə dərman kimi satırdılar. Halbuki, o illərdə çay Orta Asiyada o qədər qiymətli idi ki, çay yığınları ticarətdə pul yerinə keçə bilirdi.  Amma çayın kəşfi hər ölkədə müsbət qarşılanmadı. Fransız fizikaçılar çayı əsrin ən nalayiq yeniliyi deyə xarakterizə edirdilər. Alman həkimlər isə 40 yaşından sonra çay içənlərin ölümə daha yaxın olacaqlarını iddia edirdilər. İngiltərədə çay içmək vərdiş halına gəlincə qadın jurnalları evdar qadınların çay üzündən ev işlərinə soyuq baxmağa başladıqlarını, iqtisadçılar isə işə xərclənəcək zamanın çay içməklə itirildiyini irəli sürdülər. Ancaq bunların heç biri çayın dünyanın ən favorit içkisi olmasının qarşısını ala bilmədi.  Hal-hazırda çayın yayılmasına ən çox təsir edən faktor paket çayın icadıdır. Bu icad Tomas Sullivana məxsusdur. Qəhvə və çay ticarəti ilə məşğul olan Sullivan müştərilərinə tez-tez çay nümunələri göndərirdi. Əvvəllər bu iş üçün tənəkə qutulardan istifadə etsə də, daha sonra qutunu ipək torba ilə əvəz etdi.   Dünyada ən çox çay istehsal edən ölkələr arasında Azərbaycan da yer tutmaqdadır. Ölkəmizin çaydan istifadə tarixi qədim dövrlərə aiddir.   Azens.az
Tweet 5995