Əbədi sənətkar Rəşid Behbudov

  Onun bənzərsiz səsi sovetlər zamanında uzaq sərhədləri aşıb Azərbaycan musiqisini dünyaya yaymışdı. Dünyanın az ölkəsi tapılardı ki, orada səhnəyə çıxmasın.    Rəşid bəy 14 dekabr 1915-ci ildə Tbilisidə tanınmış ailədə doğulub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub. Çətin dolanan ailədə böyüyən Rəşid 12 yaşından işləməyə başlayıb. Tbilisinin – o vaxtkı, Tiflisin «Şeytanbazar» məhəlləsində böyüyən gələcəyin ünlü sənətkarı uşaqlıqdan oxumağa başlayıb.   1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olan Rəşid bakıda qalmaq qərarına gəlir.    Çox keçmir ki, Rza Təhmasib təhmasib “Arşın mal alan” filminə dəvət edilir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi olan Sabit Rəhman onun rolunu olduqca yüksək qiymətləndirirdi.  1945-ci ildən başlayaraq Rəşid Behbudov yaradıcılığının yeni dövrü, yeni erası başlanır. Görkəmli bəstəkar Tofiq Quliyevlə Rəşid Behbudov misli görünməmiş bir tandem yaradaraq Azərbaycan musiqisinin yeni, daha parlaq səhifələrini yaradırlar. Behbudovun repertuarında “Azərbaycan”, “Neftçi”, “Züleyxa” və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.    1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. «Arşın mal alan» Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açmasına yardımçı olur. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi tamasaçılarə valeh edir.   1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Rəşid Behbudov ilahidən gözəl səsə və xarici görünüşə malik idi.   R.Behbudovun Azərbaycan Milli Kinematoqrafiyasının inkişafında xidmətləri təkcə “Arşın mal alan” kinokomediyası ilə bitmir. O, həmçinin “Bəxtiyar” filmində, “1001-ci qastrol”, “Doğma xalqımıza”, “Toyda görüş”, “Abşeron ritmləri” film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə “Arşın mal alan” filmi “Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı.   Rəşid Behbudov SSRİ-dən Hindistana qastrola gedən ilk sənətkar idi. Bombeydə verilən ilk konsertdən müğənni zalı ələ ala bilmişdi. Bombeydən başqa o, Dehli, Kəlküttə, Amritsar, Madras və başqa şəhərlərdə də onlarla konsert verir.   Görkəmli sənətkar Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu.   AZENS.AZ   Orucova Jalə
Tweet