İbn Sinanın həyatı barədə qısa qeyd

1. Avropaya intibah Şərqdən gəlib;
2. Filosof, səyyah və alimlərin çoxu öz kəşflərinə çatmaqdan əvvəl İslam alimlərini işlərini araşdırırdılar.
  Məsələn, məlumdur ki, Amerikanı kəşf edən məşhur səyyah Xristofor Kolumbun müəllimi Nəsirəddin Tusinin elmi işlərini araşdıraraq, orada Amerikanın mövcudluğunun riyazi isbatını tapmışdı. Kolumb bundan sonra Amerikaya səyahət etmək fikrinə düşmüşdü. Nəsirəddin Tusi kimi vətəninə və İslamına xeyli elmi işlər bəxş edən bir alim də Əbu Əli ibn Sinadır.
  Əbu Əli Hüseyn ibn Sina 16 avqust 980-ci ildə Buxara yanında yerləşən Əfşanə adlı məkanda dünyaya gəlib. O, balaca yaşlarından elmə maraq və istedad göstərərək, 10 yaşı olanda demək olar ki, bütün Quranı əzbər bilirdi. Onu islamın qanunlarını oxumaq üçün mədrəsəyə verəndə, Hüseyn oradakı uşaqlardan ən balacası idi. Bina baxmayaraq, Hüseynin 12 yaşı olanda mədrəsədəki dinləyici və müəllimlərin çoxu müxtəlif məsələlər üzrə onunla məsləhətləşirdilər.
  14 yaşı olanda Hüseyni həkimlik maraqlandırmağa başladı. O, Buxarada o vaxtlar təbabət barədə yazılan bütün ədəbiyyatı oxuyub, xəstələrə baxmağa başladı. Özü də ən ağır xəstələri seçirdi. Bu vaxt Buxaranın əmiri ağır xəstələndi. Saray həkimləri ona kömək edə bilməmələri üçün, 17 yaşlı ibn Sinanı çağırdılar. Onun təklif etdiyi üsul əmiri sağaltdığına görə, ibn Sina əmirin şəxsi həkimi oldu. O, bundan qətiyyən təkəbbürlənməyərək, yenidən elm oxumağa başladı. Onun sarayın kitabxasından istifadə etməyə icazəsi olduğuna görə, yeni fənləri öyrənməyə başladı. Ümumiyyətlə, İbn Sina 29 fənn üzrə ən azı 450 kitab və elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür.
  İbn Sina o vaxt olan bütün elmləri tədqiq etmişdir. Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya, psixologiya, metafizika - bunlar hamısı İbn Sina vasitəsilə yenidən işıq üzü gördülər. İbn Sina mexanika ilə də maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xassə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi.
  Elm və incəsənətdə olan nailiyyətlərinə baxmayaraq, İbn Sina heç də həmişə hörmətli və varlı kəs olmayıb. Buxara əmirliyi süqut etiyinə görə, İbn Sina Xarəzmə getdi. Burada o, bir qədər sakit həyat yaşadı, lakin bir neçə il sonra Sultan Mahmud Qəznəvi tamam alim, filosof və şairlərin hamısının paytaxta gəlmələrini tələb etdi. Azad fikirli şair və filosoflar qətlə yetirildiklərinə görə İbn Sina gəlməyə razı olmayıb, qoca həkim Məsihi ilə Xarəzmdən qaçdılar. Sultan Mahmud bunu bilərək bütün şəhərlərə İbn Sinanın təsviri olan sənəd göndərdi. İbn Sina adını dəyişərək şəhərdən şəhərə səyahət edirdi, amma işini dayandırmırdı. Onun ən məşhur kitabları "Kitabəl qanun fit-tib", "Əl ədviyatəl-qəlbiyə", "Urcusi fit-tib" və başqalarıdır.
  Nəhayət 1015-ci ildə Həmədana gələrək, yenə sakit həyat sürməyə başladı. O, elm sahəsində işləməyinə baxmayaraq, həm də buranın əmiri Şəms-əd-Dövlün vəziri idi. Lakin hərbçilər müəyyən məsələlərə görə İbn Sinanın edam olunmasını tələb etdilər. Əmir edama razı olmayıb, İbn Sinanı Həmədandan sürgün etdi. Maraqlı məsələdir ki, 40 gündən sonra İbn Sina saraya qayıtdı. Necə olur ki, əmir belə insaflı şəxs çıxdi və onu geri çağırdı? Amma həqiqət bundan ibarətdir ki, əmir yalnız xəstələnmişdi.
  Əmirin ölümündən sonra İbn Sina İsfahan əmirinin yanında çalışmaq istədi, amma onu 4 aylıq zindana saldılar. Ölümündən qabaq o, bütün qullarını azad etməyi və bütün var-dövlətini kasıblara paylamağı vəsiyyət etdi. 58 yaşında mədə xorasından dünyasını dəyişdi. Deyilənə görə, əgər şagirdi onun dediyi reseptlə bir dərmanı hazırlasaydı, o, bəlkə də yaşayardı.
  İbn Sina çox yaşamadı. O vaxta görə 58 il az olmasa da, ümumi vaxt anlayışı o vaxtdan indiyə qədər dəyişməyib. Amma məncə insanın neçə il yaşaması, onun bu illəri necə yaşamasından daha az əhəmiyyətlidir. İbn Sina çox yaşamamasına baxmayaraq, elmə və İslama xeyli töhfə gətirdi. Bu da özü-özdüyündə gözəl nailiyyətdir.
 
Tweet