Çinlilərin gözlərinin sirri


Əslində  'çəkik gözlü'  olmaq tərifi qətiliklə səhvdir. Göz quruluşu dünyada bütün insanlarda eynidir. Fərqi yaradan yalnız göz qapaqlarıdır. Çəkik  gözlü deyə  xarakterizə edilən irqlərdə  gözün üzərindəki göz qapağının ikinci qıvrımı, gözün üstünə doğru daha çox enmişdir və bu vəziyyət gözün sanki daha darmış kimi görünməsinə səbəb olur.Yaxşı bu, nə üçün   belədir? Bir   nəzəriyyəyə   görə   göz   qapağının   üzərində  dayanan ikinci qıvrım, bu insanların gözlərini sıx olan qar təbəqəsinin göz qamaşdıran işığından qorumaq üçün bir cür qar gözlüyü kimi inkişaf etmişdir. Yuxarıda ifadə olunan bölgələrin bəzilərində qar çox az yağsa belə  elm   insanları   bu gün  çəkik gözlü deyə xarakterizə etdiyimiz   insanların  ulu atalarının Sibirdən  yəni   Asiyanın qar və  buzla örtülü ən soyuq bölgəsindən cənuba, bu gün yaşadıqları yerlərə köç etdiklərinə bildirmişlər.   Bu   qədər   soyuq   iqlimdə   yaşayanlar artıq bu iqlimə öyrəşmiş idilər. Yalnız gözlər deyil, burun da küləyə ən az məruz qalacaq şəkildə kiçilmiş, burun dəlikləri  tənəffüs edilən hava ciyərlərə gedənə qədər istilənsin deyə daralmışdır. Dəriləri də bu səbəblə yağlıdır.   Azens.az saytının məlumatına görə, göz qapaqları da daha yağlı olduğundan, daha sallanan dayanır və bu gözün  iç təbəqələrini buza qarşı qoruyur. Bu cür quruluşlu gözə sahib olanlara “çəkik gözlü” deyil, “düşük göz qapaqlı” tərifini vermək daha düzgün olardı.
Tweet