İlk mobil telefonun yaranması

Çəkisi bir kərpic çəkisində -1,4 kgidi və 20 dəqiqə istifadə edilə bilirdi.   Telefon yalnız danışıq məqsədi ilə yaradıldığı üçün burada 12 düymə mövcud idi (10-rəqəmlər, 2-zənglərin yönləndirilməsi və dayandırılması). Martin Kuper ilk zəngi Nyu-York küçələrindən birində "AT&T" kompaniyasında işləyən rəqibi Coel Ancelə edir.   1983-cü ildə Motorola Dyna-Tac 8000X modeli satış məqsədi ilə istehsal olunmuşdur. Satış qiyməti 3995 dollar olsa da, onu əldə etmək istəyən yüzlərlə adam vardı. Bir sözlə telefonun qiyməti ABŞ-da 3698 dollara satılmış keçmiş Toyota Coroladan baha idi. Telefonun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Motorola Dyna-Tac modeli danışmadan 8 saat, telefonla danışdıqda isə 30 dəqiqə enerji saxlayırdı. Yaddaşında 30 nömrə saxlamaq mümkün idi. Abunə haqqı aylıq 50 dollar idi, adi halda 1 dəqiqə danışıq 24-40 sent arası təşkil edirdi.   AZENS.AZ Orucova Jalə 
Tweet