İlk transseksual qadın - FOTOLAR


Ömər Şərif, Salvador Dali, Pablo Pikasso. Onun uğurlu əməliyyatı bütün dünyada sensasiya yaratmışdı. O, Britaniya İmperiyasında aktiv fəaliyyətinə görə fəxri ordenlə təltif edilmişdir.Eypril Eşli 1935-ci ildə Liverpulda dənizçi ailəsində anadan olmuşdur. Elə həmin vaxtlardan hiss edirdi ki, o hamı kimi deyil, qızmeyillidir. 15 yaşında dəniz donanmasında işləməyə başlayır, lakin bu ona kömək olmur. İki ildən sonra Corc intihara cəhd edir. Onun bu cəhdi uğursuz alınır, donanmadan qovalanır və psixi xəstəxanaya yerləşdirilir. Xəstəxanadan çıxdıqdan sonra Corc Londona gedir. Harada ki, pansionda yaşayıb, qadın geyimləri geyinirdi. 1955-ci ildə Corc Parisə gedir, özünə Toni ləqəbi seçir və klubda işləməyə başlayır. 25 yaşında 3000 funt yığan Corc cinsi əməliyyat üçün Kasablankaya yola düşür. Əməliyyatı mərakeşli cərrahBuruhəyata keçirir. Azens.az saytının məlumatına görə, Londondan döndükdən sonra Eypril qəzetlərə manşet oldu. Onu kinoya dəvət etdilər, “Vogue” jurnalı onu model seçdi, fotosessiyalar edildi. 1961-ci ildə Corcun keçmişini “dost”u qəzetlərdə yayır. Amma bu onun gələcəkdə aristokrat Artur Korbettlə ailə qurmasına mane ola bilmir. Həmin vaxtda Artur evli idi, 4 uşağı vardı. Keçmiş arvadı ilə Eypril üçün ayrılmışdır. Eypril rəsmi qadın olması üçün çox çalışsa da, o, 2004-cü ildə buna nail olur, nə vaxt ki, Britaniya yeni cinsin təsdiqi haqda qanun qəbul edir. Hazırda Eypril Eşli Londonun qərb bölgəsi olan Fulxemedə yaşayır. Eypril Eşli müsahibələrindən birində deyir: “Əməliyyat çox riskli idi. Həkim mənə 50-50 diaqnozu qoymuşdu, əməliyyatdan sağ çıxmaya da bilərdim. Amma mən əmin idim ki, qadınam, daha kişi kimi yaşaya bilmirdim.”                                                                                  
Tweet 5801