Əmlak reklamı olan «Hollywood»


 Los-Ancelesin Mount-Lee dağında 491 metr hündürlükdə yerləşən 13 hərfli kəlimə..... Hollywoodland!  Azens.az saytının məlumatına görə, əvvəlki adı "Hollywoodland" olan yazı lövhəsi 1923-cü ilin iyun ayında hazırlanmışdır. Qeyd etmək lazımdır ki, yazı lövhəsi yeni tikilmiş evlərin reklamı üçün yaradılmışdır. Los-Ancelesin istənilən küncündən görünən bu yazı əmlak reklamı və müştəri cəlbi üçün idi.  Hollywood lövhəsinin görünüşü dəfələrlə dəyişsə də, məna baxımından eyni qalmışdır: Xəyalların gerçəkləşə biləcəyi məkan! İnsan xəyalının gözəl mənzil və yaxşı yaşam olduğu üçün reklama bu ad verilmişdir.  Hekayəmizə başdan başlayaq. Əmlak mütəxəssisləri Woodruff və Shoults proyektlərinə Hollywoodland adını verməyi qərarlaşdırdıqdan sonra hərfləri çıxara biləcək bir şirkət axtarırlar. Axtardıqları şirkəti tapmaları uzun çəkmir: "Crescent Sign Company" ilə 13 hərfin cənuba baxacaq şəkildə təpələrə yerləşdirilməsi mövzusunda müqavilə imzalayırlar. Şirkətin sahibi olan Tomas Fisk Goff (1890-1984) lövhəni hazırlayır. Lövhənin hər hərfi 9 metr enində və 15 metr uzunluğundadır. Lövhə yerinə yerləşdirildiyində təqvimlər 13 iyun 1923-cü ili göstərirdi. Proyektin maliyyə xərci 21.000 $ olmuşdur.  Bəzi qaynaqlara görə, lövhənin daimi olması planlaşdırılmamışdır. Lövhənin 1-1,5 il qədər dayanmasının planlandığı, lakin eyni dövrdə Los-Ancelesdə Amerika kinosunun məşhurluq qazanmasıyla birlikdə tanınmış  bir simvol halına gəldiyi üçün qorunduğu deyilir.  Lövhənin rəsmi baxım və təmiri 1939-cu ildə sona çatır. Lövhə bu tarixdən sonra sürətlə korlanmağa başlayır.  1940-cı illərin əvvəlində lövhənin rəsmi baxıcısı Albert Kothe "H" hərfinin düşməsinə səbəb olan bir qəza edir. Bir çox tarixi şəkillərdə olan problem bu səbəbdəndir. Kothenin dağa sərxoş olaraq dırmaşdığı və idarəsini itirərək hərfə arxadan çarpıldığı bildirilir. Kothenin avtomobili zərər görür, özünə heç nə olmur.  1949-cu ildə Los-Anceles Şəhər Parkları Departamenti lövhənin yenidən təmir  edilməsi və baxımı mövzusunda qərar verir. Qərarda Hollywoodland ifadəsindəki “land” sözünün qaldırılması, beləcə lövhənin şəhəri təmsil edər hala gətirilməsi şərt qoyulur. Lakin çox az bir müddətdən sonra lövhə yenidən korlanmağa başlayır. İlk olaraq "O" parçalanıb qırılaraq u hərfi kimi görünməyə başlayır. Daha sonra digər "O" hərfi tamamilə düşür və lövhə "HuLLYWO D" yazısı kimi oxunur.  Hollywood lövhəsi zaman-zaman bədbəxt hadisələrə də səhnə olur. 1932-ci ildə aktrisa Peg Entuisl lövhənin "H" hərfindən atlayaraq intihar edir. Cəsədi ancaq 2 günlük axtarışdan sonra tapılır. Bədbəxtliklər bununla bitmir. 2000-ci ildə Los-Anceles Polis Departamenti bu cür hadisələrin təkrarlanmaması üçün lövhəyə xüsusi kameralar düzəltdirir. Hazırda lövhəyə 50 metrdən artıq yaxınlaşmaq olmaz.  AZENS.AZ Orucova Jalə
Tweet 7840