Ən çox siqaret çəkən qadınlar haradadır?


Ən çox siqaret istehlak edilən ölkələrdən olmasına baxmayaraq, Yunanıstan qadınları "ən az siqaret çəkən qadınlar" hesab olunur.  İslandiya, Norveç və İngiltərədə isə siqaret çəkən qadın ilə kişilərin nisbəti bərabərdir. Ən gənc siqaret çəkən qadınlar Çili, Ukrayna və Argentinadadır.  Ən çox siqaret çəkən yaşlı qadınlar isə Qvineya, Venesuela və Livan qadınlarıdır.  Araşdırmalara görə, siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. 1950-ci ildən etibarən ağciyər xərçəngindən dünyasını dəyişən qadınların sayı 60% artıb. Siqaret həmçinin qadınlarda süd vəziləri, qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçənginin əmələgəlmə riskini artırır. Azens.az saytının məlumatına görə, siqaretin tüstüsündə 4.000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir.
Tweet 8835