Ən yaxşı daşıyana Mükafat


 Hər il iyul ayında keçirilən yarışda qalib gələn kişiyə yoldaşı ağırlığında pivə hədiyyə edilir. Arvad daşıma yarışı Finlandiyanın ən ənənəvi festivallarından biridir və hər il müxtəlif ölkələrdən yarışmaçı və tamaşaçıları bir araya gətirir. Bu əyləncəli və bir o qədər də maraqlı yarışmada adından göründüyü kimi, yarışmaçılar cüt yarışırlar. Yarışmanın çıxış yeri Finlandiyanın Sonkajarvi qəsəbəsidir. Festivala Finlandiyanın bir sıra məşhurları da qoşulur. Yarışa qatılanlar mütləq 17 yaşından böyük olmalıdır və daşınan adamın ən az 49 kq olması lazımdır. Əgər yoldaşınız 49 kq-dan aşağıdırsa əlavə ağırlıq təmin etməsi üçün kürək çantası taxması gərəkdir.    “Arvad Daşıma Yarışı”nın tarixi XIX əsrə söykənir. Deyilənlərə görə, yarış qonşu kəndlərdən qız qaçırma ənənəsindən ortaya çıxmışdır. Bir ənənə olaraq günümüzə qədər gələn bu yarışma artıq Finlandiyanın rəsmi idman növü kimi qəbul edilir.   Yarış Meydanı 253,5 metr uzunluğundadır. Meydan qumlu, çəmənli, palçıqlı və 1 metrlik hovuz hissələrindən ibarətdir. Yarışmada bir paltar məcburiliyi yoxdur amma yaradıcı kostyumlarla yarışa qatılanlar arasından seçilən cütlüklərə xüsusi hədiyyələr verilir. Ayrıca yarışma boyunca ən çox əylənən və ən maraqlı daşıma stilini yaradan cütlüklərə də mükafatlar verilir. Qeyd edək ki, yarışmada iştirak ödənişlidir. Yarışmanın məşhurluğu Amerika, İrlandiya, Avstriya və Çin kimi ölkələrə də yayılmışdır. 
Tweet 4180