İnsanlığın vətəni tapıldı


Tanınmış alim belə qənaətə gəlib ki, müasir insanların əcdadları kəskin iqlim dəyişməsindən sonra Afrikanın cənubunda salamat qalmış kiçik Homo sapiens qrupundan törəyiblər.  Tədqiqatda vurğulanır, bəşəriyyət təxminən 195 min il əvvəl məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Yer kürəsində gözlənilmədən iqlim dəyişmiş, növbəti buzlaq dövrü başlanmışdı. Nəticədə insanların sayı 10 mindən bir neçə yüz nəfərədək azalmışdı. Salamat qalmış insanlar 70 min ilədək müddət ərzində müasir Afrikanın ucqar cənubunda, kiçik ərazidə məskunlaşmışdılar. Alim hesab edir ki, müasir insanların əcdadları elə bu kiçik qrupdur.  Ötən əsrin 90-cı illərində dünya elmi qeyri-adi bir faktı üzə çıxarmışdı: insan genetik müxtəliflik göstəricisinə görə digər bioloji növlər arasında son yerlərdən birini tutur. Bu fakt bir daha təsdiq edir ki, müasir insanlar kiçik bir qrupdan törəyiblər.  Professor Merianın rəhbərliyi altında bir qrup paleontoloq həmin tayfanın yaşadığı yeri - bəşəriyyət həyatının çox mürəkkəb bir dövründə şüurlu insanın həyat fəaliyyətinin izlərini tapa bilmişdir. Onların fikrincə, o vaxtlar müasir Afrikanın demək olar ki, bütün ərazisi soyuq səhradan ibarət idi. Materikin yalnız bu hissəsində bitki aləmi, sahilyanı sularda isə yeməli molyusklar qalıb.
Tweet