Çoxuşaqlı Cavad xan

İlk yoldaşı Şükufə xanımdan Cavad xanın yeddi uşağı olur: üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim. Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Qacar еlinin оymаqlаrındаn biri də Ziyаdlıdır. Ziyаdlı оymаğının bir qоlu Qarabağda, bir qolu Çuxursəddə (İrəvanda), bir qolu da Astrabadda hakimiyyətdə olmuşdur. Amma tаriхdə Ziyаdоğlu кimi tаnınırlаr. Cavad xanın böyük oğlu Uğurlu xan 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlubiyyətə uğrayır. 1826-cı ildə o, yerli əhalinin və İran qoşunlarının köməyi ilə Gəncəyə qayıdır. Lakin 40 gündən sonra şəhəri tərk etməli olur. Gəncə döyüşündən (13 sentyabr 1826-cı il) sonra əsir düşən Uğurlu xan bir müddət Stavropolda sürgündə saxlanılır. Türkmənçay sülhündən sonra İrana qaytarılır. 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənmiş və doğulan uşağa Cavad adı vermişlər. Cavad xanın oğlu Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənmişdir.  AZENS.AZ
Tweet