Şrek əslində kim olub?


Söhbət Maurice Tilletdən gedir. Tillet atasını çox gənc yaşlarında itirdi. Azens.az-ın məlumatına görə, uşaqkən bir mələyi xatırladan üzü səbəbiylə "Mələk" ləqəbiylə çağırılırdı. 1917-ci ildə Tillet və anası İnqilab səbəbiylə Rusiyanı tərk edib və Fransaya köçürlər.Tillet 1940-cı ildə ən böyük güləş ulduzuna çevrilmişdi. Görünüşündən fərqli olaraq o, əyləncəli birisi idi. O, 20 yaşında akromelaqiya adlı xəstəliyə yoluxub. Bu xəstəliyin ən əsəs göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir. Şrek cizgi filmində Şrek obrazı məhz bu insanın əsasında canlandırılıb. 
"Mələk" ləqəbli Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.   
Tweet 8232