Ətirlərin tarixi insan qədər qədimdir


Hərə həmin ətirə özü bədənindən individual “nəsə əlavə” edir. Ətirlər həm də müalicəvi əhəmiyyətlidirlər. Ətirlərin müalicəvi əhəmiyyəti haqqında ilk yazı Qədim Şumerdən bizə gəlib çatmışdır.  Qədim yunanlar ətriyyatlar haqqında öz bilgilərini qədim misirlilərdən götürmüşlər. Qədim ətriyyatın ikinci evi, tam əminliklə demək olar ki, Yunanıstan olmuşdur. Burada ətriyyat sənətinin yeni texnologiyası və bu sənət haqqında yeni bilgilər əldə olunmuş, sənəti daha da təkmilləşdirilmişdir. Həmin zamanlarda ətir və ətirli yağlar hər bir yunanıstanlının həyatının ayrılmaz bir hissəsi olmuşdur. Heç bir tədbir ətirsiz ötüşməzdi.Bayramları, toy mərasimlərini, dini mərasimləri, habelə, yaz mərasimlərini də ətirsiz təsəvvür eləmək mümkün deyildi. Bununla yanaşı ətirlərin müalicəvi əhəmiyyəti də daha dərindən öyrənilmişdir.Yunanlar çimdikdən sonra  bədənlərinə ətirli bitki yağları sürtərdilər ki, bu da bir növ müalicə məqsədi daşıyırdı.  Təxminən, VI əsrdən başlayaraq ətirlər üçün xüsusi qablar hazırlamağa başlanıldı. Həmin qablar müxtəlif formalarda, müxtəlif ölçülərdə olurdu.  Ətir mədəniyyətinin yaranma tarixini araşdırmaq üçün eramızdan 3.000 il əvvələ, qədim Misirə baş vurmaq lazımdır. Burada istər dini, istərsə də mədəni tədbirlərdə müxtəlif cür ətirlərdən yetərincə istifadə edilirdi. Hər səhər misirli rahiblər iman gətirdikləri büstlərin üzünü ətirli yağlarla silərdilər. Bu büstlərin şəninə dualar oxuyar, ətirli çubuqlar tüstülədərdilər. Məbədlərdə bir çox ağacların və bitkilərin yağlarından hazırlanmış ətirlərdən istifadə olunurdu.Əsasən də, sərv, sidr və digər ağacların efir yağlarından daha çox istifadə olunurdu. Məbədlərin, otaqların havasını bəzi bitkilərin quru çubuqlarını yandırmaqla və ya xüsusi tavalarda qovurmaqla ətirli edirdilər.  Məşhur tarixi şəxsiyyətlərin hər biri özünəməxsus tərzdə ətirlərə münasibət göstərirdilər. Məsələn: müdrik Sokrat ətirlər haqda heç də müsbət fikirdə olmamışdır. Makedoniyalı İsgəndər isə ilk öncə ətirlərə biganə yanaşmış, Şərqə səfəri zamanı ətirlərə münasibəti dəyişmiş və hətta o, özünə ətirlərdən ibarət böyük bir kolleksiya düzəltmişdir.  Ümumilikdə ətriyyatın vətəni – fironlar ölkəsi olan Misir hesab edilir. Hələ qədim dövrlərdə belə Misir ətirləri Aralıq dənizi sahillərində yerləşən ölkələrdə ad qazanmış, çox məşhur olmuşdur.  Müasir ətirlərin ilk prototipi 1370-ci ildə “Macar suyu” adı ilə tanınmışdır. Bu ətir  macar kraliçası Yelizaveta üçün ətirli yağların spirtlə qarışığından hazırlanmışdır.   Azens.az Hazırladı: Orucova Jalə
Tweet