Çubuqla yeməyin faydaları


 Onların özlərinin dediklərinə görə, yemək yeyərkən çubuqlardan istifadə etmək olduqca rahatdır. Digər tərəfdən səyyahların, zəvvarların, yolçuların özləri ilə yemək üçün ləvazimat gəzdirməsinə ehtiyac qalmır. Yemək üçün çubuqları istənilən ağac budağından hazırlamaq mümkündür.   Çin və yapon xalqlarına görə, çubuqlarla yeməyin müsbət və xeyirli tərəfləri çoxdur. Belə ki, yemək yeyərkən çubuqlardan istifadə edərkən, yeməyi az-az götürmək olur. Gigiyenik baxımdan –  barmaqlar yeməyə toxunmur. Digər xeyirli tərəfi – sağlamlıqdır. Qədim Çin həkimləri bunu belə izah edirdilər: yemək zamanı çubuqlardan istifadə edərkən əllərdə həyat üçün vacib olan 40-a yaxın nöqtələr masaj olunur. Yapon həkimləri isə əmin edirlər ki, çubuqlarla yeməyə başlayan uşaqlar qaşıqla yeməyə başlayan uşaqlara nisbətən daha tez böyüyürlər və daha sağlam olurlar.   Şərq aləmində bu çubuqlar simvolik əhəmiyyət də daşıyır. Belə ki, yeni ailə quranlara bu çubuqlardan hədiyyə edirlər. Bu da Şərq inanclarına görə, yeni qurulan ailələrdə həmrəyliyi, ayrılmazlığı simvolizə edir.   Çin və Yaponiyada  yeni doğulmuş körpələrə üç-dörd aylıq olarkən, daha dəqiq desək, körpə ilk dəfə düyü yeməyi yeyərkən çubuqlardan istifadə edilir və körpənin valideynlərinə bu çubuqlardan hədiyyə edilir.   Yemək üçün çubuqlar, əsasən hansı materiallardan düzəldilir? Qədim dövrlərdə çubuqlar adətən, ağacdan hazırlanırdı, daha sonralar bunu həm də sümük əvəz etdi. Çubuq Çin və Yaponiya milli yeməkxanalarının ayrılmaz hissəsinə çevrilmişdir və qaşıq-çəngəl əvəzi çubuqlar qoyulur.   AZENS.AZ
Tweet