13-dən qorxan məşhurlar


 Bundan əlavə, Napoleon Bonapart, Herbert Quver və Franklin Delano Ruzvelt də məşhur triskadekafobidlər sırasına aiddirlər. Məşhur Avstriyalı bəstəkar Arnold Şönberqin “13”lə olan münasibəti isə tamamilə fərqlidir.Bəstəkar ayın 13-ü anadan olur, elə 13-ü də vəfat edir. 13 rəqəmi ömür boyu Şönberqin kabusuna çevrilir və 76 yaşı tamam olacağı gündən çox qorxurdu. Çünki həmin gün ayın 13-ü cümə gününə təsadüf edirdi. Bəstəkar həmin gün yerində uzanıb vaxtın keçməsini gözləyirmiş. Onu belə görən arvadı yerindən qalxmasını və uşaqlıq etməməsini tələb edir. Ayağa qalxan Şönberq bir tək “harmoniya” sözünü deyərək gecəyarısına 13 dəqiqə qalmış vəfat edir.  13-lə bağlı bütün stereotiplər, göründüyü kimi, tarixdən gəlir. Müasir dövrümüzü diqqətlə izlədikdə görərik ki, 13 digər rəqəmlərdən heç nə ilə fərqlənmir. Ayın 13-ü baş verən qəzaların sayı digər günlərdən nə az, nə də çoxdur. Buna görə də, sakitləşin və 13-dən qorxduğunuz zaman ABŞ kino aktyoru Qruço Marksın sözlərini yadınıza salın. “Masa arxasında 13 nəfərin əyləşməsi o zaman faciəvi olar ki, siz 12 nəfər üçün yemək hazırlayasınız”.  Azens.az
Tweet 7531