ABŞ prezidenti - Ceyms Harfild


 Harfild uşaqlıqdan yetim və kasıbçılıq içində böyümüşdür. O, fermada fəhlə işləmiş, sonra Qərbi Elektrik İnstitutunun tələbəsi olmuş, daha sonra isə Yeni İngiltərə kollecində təhsil almışdır. O 26 yaşında təhsil aldığı Elektrik İnstitunun prezidenti olmuş və həmin institutun qədim dillər kafedrasına rəhbərlik etmişdir. Özünün elmi işlərində həmişə Darvinin “İnkişaf nəzəriyyəsi”ni  tənqid atəşinə tutardı.


 C. Harfild 28 yaşından siyasi fəaliyyətə başlayır. O siyasi karyerasında Ohayo ştatının senatı böyük rol oynamışdır. Harfildin çox gözəl natiqlik qabiliyyəti vardı. O, senatda həmişə quldarlığa, köləliyə, əsarətə qarşı kəskin çıxışlar edirdi. Az bir müddətdə o, həmkarları, məsləkdaşları arasında hörmət qazanır və “Respublikaçılar” partiyasına rəhbərlik etməyə başlayır.


  C. Harfild  həm də vətəndaş müharibəsinin fəal iştirakçısı olmuşdur. O, könüllülərdən ibarət Ohayonun 42-ci alayını təsis etmiş və bu alaya özü rəhbərlik etmişdir. O, qaradərililərə qarşı mənfi münasibətin də əleyhinə olmuşdur.  


  Harvild 1877-ci ildə Ohayo ştatının senatı seçilir. 1880-cı ildə “Respublikaçılar” partiyası tərəfindən prezidentliyə namizədlər arasında partiya siyahısında onun da adı vardı. Amma partiya daxili səsvermədə C. Harfild yetərincə səs toplaya bilmir. Özü isə Con Şermanın namizədliyini dəstəkləyir. Amma Nyu-York şəhərinin “Respublikaçıları” Harfildi dəstəkləyir və onun prezidentliyə namizədliyini irəli sürürlər.  

 1880-cı ilin noyabrında keçirilən prezident seçkilərində C. Harfild qalib gəlir. “Demokratlar”ın namizədi olan Uinfild Cott isə məğlub olur.  

 C. Harfild prezident seçildikdən sonra bütün sahələrdə demokratik islahatlar etməyi planlaşdırmışdı. Ancaq öz platformasında nəzərdə tutduğu islahatları həyata keçirmək ona qismət olmur. Çünki prezident seçildikdən cəmi 8 ay sonra ona sui-qəsd edilir.  


 1881-ci il iyul ayının 2-də Vaşinqton vağzalında prezidentə sui-qəsd edilir. C. Harfild ağır yaralanır və 19 sentyabr 1881-ci il tarixində aldığı ağır yaralar səbəbindən dünyasını dəyişir. Amma Harfildin qatili cəzasız qalmır. Qatil “Respublikaçılar” partiyasının fəal üzvü Çarlz Gito idi. Onun söylədiklərinə görə, o, patriya funksioneri Çester Arturun prezident olmasını istəyirdi.


  C. Harfild yalnız arvadı Lukreçiya Rendolfla ailə həyatı yaşamışdır. Onlar 1858-ci ildə evlənmişdilər və 5 övladları olmuşdur. Övladlarının ikisi uşaq ikən vəfat etmiş, digər ikisi nüfuzlu, hörmətli dövlət məmuru və ictimai xadim olmuşlar.  


 İctimai xadimlərin, siyasətçilərin dediklərindən, yazdıqları memuarlardan belə nəticə hasıl olur ki, ABŞ prezidentləri arasında C. Harvild ən intellektual və ən savadlı prezidentlərdən olub.  


 AZENS.AZ

Tweet 1105