Amerikanın mirvarisi - Bill Gates

Atası Vəkil və Anası Müəllimə idi.Kiçik yaşlarından informatikaya marağı olan Gates aşağı sinifdən İnformatika kurslarına getməyə başladı.Sinif yoldaşı Paul Allen ilə birlikdə boş vaxtlarında kompyuter ilə məşğul olurdular.İmkanları o qədər də geniş deyildi.Buna görə bir şirkətin kompyuterlərindən istifadə etməli idilər.Onlar bunun üçün istifadəçilər üçün programlaşdırmada edilən səhvləri axtarırdılar və bununla da şirkətin kompyuterlərindən rahatca istifadə edə bilirdilər.Bu yolla özlərini təkmilləşdirən bu iki cavan 1972-ci ildə ilk şirkətləri olan Traf-O-Data nı qurdular.Traf-O-Data “yol hərəkəti sistemi” üçün programlar yazırdı və bununla dostlar 20.000 dollara qədər gəlir əldə etdilər. Şəxsi(Personal) kompyuterlər 1970-ci illərdə təkmilləşdirilirdi. MITS şirkətinin Altair adını verdiyi və natamam Əməliyyat Sistemi ilə işləyən kompyuter hələ tam hazır deyildi.Dostlar 1974-cü ildə hazırladıqları “BASIC” programlama dili ilə Altair üçün öz programlarını yarata bilməyə nail olmuşdu.MITS bu iki cavanın bu sahədəki bacarığını gördü və onlardan Altairi təkmilləşdirmələrini istədi.Gates təhsilini yarımçıq buraxdı və Allen ilə birlikdə Nyu-Meksiko da Microsoft şirkətini qurdu. Microsoft kompyuterlər üçün program yazan ilk şirkətlərdən biridir. Şirkətin ilk müştərilərindən biri General Electric oldu.Bundan sonra şirkət Apple, Tandy və Commodore kimi böyük PC markaları ilə müqavilə imzaladı.Əlavə olaraq  FORTRAN, COBOL və Pascal programlaşdırma dillərini təkmilləşdirməklə Dünya Miqyaslı bir şirkət oldu.İlk satışlarını Yaponiya ilə etdi… 1979-cu ildə Microsoft 13 işçi ilə 3 milyon dollar kimi böyük bir gəlir əldə etməyə nail oldu. Kompyuterlər üçün yazılmalı olan Əməliyyat Sistemləri layihəsinin İBM tərəfindən rədd edilməsindən sonra Seattle Computer Products(SCP) şirkətindən 50.000 dollara DOS Əməliyyat Sistemini satın aldı.Bununla birlikdə DOS u hazırlayanlardan biri olan Tim Paterson u işçi heyətinə daxil etdi. Əməliyyat Sisteminin adında kiçik dəyişiklik edildi və MS-DOS oldu.MS-DOS (Microsoft Disc Operating System – Diskli Əməliyyat Sistemi) 80-ci illərdə Dünya üzərində rekord sayda satıldı: 120.000.000 ədəd.Həmin ilə görə bu çox böyük bir ədəddir. Bu satışlardan sonra Şirkət daha da böyüdü.Artıq işçi heyəti 1000 nəfər idi.Avropada Microsoft filialları tikilirdi.Gates işçilərə ciddi nəzarət edirdi.Hər 6 aydan bir işçilərin işlərinə baxılırdı və şirkət üçün necə olduğu qiymətləndirilirdi. Gates Əməliyyat Sistemi ilə birlikdə Başqa programlar da hazırlayırdı.Word də belə programlardan biri idi. Word yarandığı ilk zamanlar Avropada çox satıldı amma Amerikada Lotus 1-2-3 və WordPerfect kimi rəqibləri olduğu üçün çox az satılırdı.Hal hazırda isə bu program demək olar ki rəqibsizdir.Statistikalara görə Microsoft Office paketi dünya üzərində 1 milyarddan çox kompyuterdə yüklüdür!Bu Microsfotun bu sahədəki uğurunun sübutudur… Microsftun inkşafı Apple-ın onlara verdiyi sifariş ilə sürətləndi.Apple Microsftdan Macintosh üçün Word və Excel hazırlamağı sifariş vermişdi. 1986-cı ildə sadəcə şirkətin Gatesə aid olan hissəsi (45%) 1 milyard dollar dəyərə sahib idi. 1985-ci ildə Gates MS-DOS u təkmilləşdirdi və Windows Əməliyyat Sistemini hazırladı .Bu sistem Microsfun əsas uğurlu layihələrindən biri oldu və aradan 3 il keçdikdən sonra Əməliyyat Sistemi dünya lideri oldu. Bill Gates Dünyanın ən varlı adamlarından biridir.Onun evi 5000 m²sahəyə sahibdir.Evin içində 60 metrlik bir hovuz və altında böyük bir musiqi zalı var. Əlavə olaraq2500 m²bir idman zalı və Da Vinci‘nin əlyazmaları var Bill Gatesin evində… Saniyədə 230 $ qazandığı hesablanmışdır! Bill Gatesin İmzası:
Tweet