Atlantidanın sirləri. Yoxa çıxmış materik


Müasir texniki vasitələrə və elmi proqresə baxmayaraq, Atlantidanın harada yerləşdiyi, hətta onun mövcud olub-olmadığı belə hələ də dəqiqləşdirilməmişdir. Qeyd etmək lazımdır ki, Atlantida sivilizasiyasının özünə məxsus sirləri olub. Alimlər və tədqiqatçılar bu sivilizasiyaya məxsus sirlərin bəzilərini açmağa müvəffəq olmuşlar.   Atlantida haqqinda çoxları eşidiblər. Amma Atlantida mədəniyyəti haqda yəqin ki, çox az adamın məlumatı var.  Yoxa çıxmış materikin ilk dəfə xatırlanması...  Atlantida haqda ilk dəfə qədim yunan filosofu və tarixçisi Platonun “Dialoqlar”  yazısında məlumat verilmişdir. Bu yazıda Atlantida materikinin harada yerləşdiyi xatırlanır. Bu yazıda Atlantidanın Qibraltar boğazında yerləşdiyi qeyd olunur. Bu yazıda atlantların həyat və mədəniyyəti haqqında məlumatlar da verilmişdir. Platonun Atlantida haqqında bu cür dəqiqliklə məlumat verməsi adamı təəccübləndirməyə bilməz.  Platonun qeyd etdiklərinə görə, Atlantida sivilizasiyası bütün sahələrdə inkişaf  edərək, ən yüksək mərhələyə çatıbmış. Platonun sözlərinə görə, atlantlar – Paseydonun törəmələridirlər və ali irqə mənsub olublar. Atlantidanın var-dövləti və inkişafı adamı valeh edirmiş...  Maraqlı olan əsas məqamlardan biri də odur ki, belə dəqiqliyi ilə olan bütün bu məlumatları Platon necə və haradan əldə etmişdir???  Sübut olunmuşdur ki, Platon Atlantida və atlantlar haqqında olan bütün bu məlumatları  dayısı Solondan əldə etmişdir. Dayısı Solon isə bu məlumatları Misirdə olarkən, bir Misir kahinindən eşitmişdir. Məbəddə işləyən bu kahin Solona məbəddə olan bir yazı göstərmişdir. Bu Atlantida materikinin mövcudluğunu sübut edən bir yazı idi. Bu yazılara əsasən, atlantların, hətta öz vətənləri Atlantidanın nə vaxt məhv olacağı haqda   məlumatları varmış. Onlar insan genofondunun qorunub saxlanılması üçün əllərindən gələni etmişlər!!!  Atlantların irsi...  Dənizə qərq olmuş materikin harada yerləşməsi haqqında danışmazdan əvvəl atlantların bütün sahələrdə əldə etdikləri nailiyyətlərdən də danışmaq yerinə düşərdi. Qədim yazılardan əldə olunan məlumatlara əsasən, yüksək elmi-texniki nailiyyətlərə malik olan atlantlar malik olduqları elmi-texniki nailiyyətlərini gələcək nəsillər üçün qoruyub saxlamağa çalışmışlar. Nəinki, elmi-texniki nailiyyətlərini, hətta özlərini belə gələcək nəsil üçün saxlamışlar... Əldə olunan məlumatlara görə, materiki suya qərq edən katastrofik faciə baş verməzdən  bir az əvvəl ali irqə məxsus nümayəndələr (atlantlar) Misirə, Yunanıstan və Tibetə yollanmışlar.  Tanınmış Britaniya ezoteriki Labsanq Rampın çox maraqlı olan qeydlərində təsdiq etməyə çalışır ki, Tibetdə Potalı məbədinin altında gizli bir zirzəmi vardır. Bu zirzəmidə tibet monarxları 3 atlantı indiyədək qoruyub saxlayırlar. Atlantlar “somatı” vəziyyətindədirlər. Bu cür vəziyyət Şərq dinlərinin hamısında öz təsdiqini tapır...  Digər bir maraq doğuran şey odur ki, Labsanq təsdiq etməyə çalışır ki, Atlantida sakinləri unikal qabiliyyətlərə malik olublar. Yüksək elmə və texnikaya malik olmalarına baxmayaraq, onlar “üçüncü göz” vasitəsilə  hər hansı bir ağır əşyanı hərəkətə gətirə bilirmişlər.  Labsanqın bütün bu dediklərini  akkultist  rus qadını – Yelena Blavatskaya da öz yazılarında təsdiqləmişdir. Y. Blavatskayanın dediklərinə görə,  Misirdəki nəhəng ehramların tikintisində atlantlar bir-başa iştirak etmişlər və xüsusi magiyanın köməyilə nəhəng daşları yerindən tərpədirlərmiş.  Y.Blavatskayanın sözlərinə görə, Misir ehramları elə atlantların bilik xəzinələridir. Onun bu sözlərini müasir tədqiqatçılarda təsdiqləmişlər. Belə ki, Misir ehramlarını tədqiq edən alimlər, ehramların özüllərində gizli otaqlar aşkarlamışlar. Bu otaqlarin yaşı e.ə. XII minilliyə gedib çıxır...  Atlantida hara yoxa çıxmışdır?...  ... Hələlik ezoterikanı bir kənara qoyub, diqqətimizi maddi reallıqlara yönəldək. Hal-hazırda Atlantidanın harada yerləşdiyini dəqiqliyi ilə bilsəydik bizim üçün daha maraqlı olardı. Suya qərq olmuş materikin harada yerləşdiyini dəqiqləşdirmək üçün tədqiqatçı - alimlər Yer kürəsinin hər yerini tədqiq etmişlər və hər dəfə də belə qənaətə gəlirlər ki: - “Bəşər tarixinə yenə də təzədən nəzər salmaq gərəkdir”...   Azens.az Orucova Jalə
Tweet