Avropa Çempionatının uğurlu tarixi


   1919-cu ildə Jül Rime Fransa Futbol Federasiyasının prezidenti olanda Delone onun tövsiyəsi ilə həmin federasiyanın baş katibi vəzifəsini tutmuş və 1955-ci ilədək (ömrünün sonunadək) bu vəzifədə qalmışdır.    1927-ci ildə Anri Delone o zaman FİFA prezidenti olan Jül Rimeyə məktub göndərərək Avropa Çempionatı layihəsini təklif edir. Lakin Avropa turniri uzun illər təxirə salınır. Nəzakətli və ziyalı insan olan Rime FİFA-nın idarə olunmasında mühavizəkarlığı ilə seçilirdi. O, dünya çempionatlığının “xaç atası” hesab olunurdu.    Böyük səylərə baxmayaraq, 1952-ci ilin fevralında FİFA Avropa çempionatı keçirmək planını rədd edir. FİFA-nın bu mövqeyi Avropanın bir çox mütərəqqi əhval-ruhiyyəli futbol xadimlərini razı salmır. İyunun 15-də Bazeldə FİFA-dan gizli görüş keçirilir. Görüşdə 7 nəfər iştirak edir: italiyalı Ottorino Barrasi, fransız Anri Delone, şotlandiyalı Georq Qrem, belçikalı Joze Kray, Macarıstan idman nazirinin müavini Qustav Şebeş, Avstriyanın ədliyyə naziri Yozef Geryu ve danimarkalı Ebbe Şvats. “Yeddiliyin görüşü” əsl tarixi hadisə olur, planlar isə tezliklə həyata keçirilir....    Bir gün sonra ― iyunun 16-da Lozannada FİFA-nın konqresi açılır, iyunun 22-də isə Bern-də “yeddilər qrupu” Avropa futbolunun maraqları çərçivəsində Avropa Futbol Assosiyasiyaları İttifaqının ― “UEFA”nın yaranmasını elan edir. UEFA-nın ilk prezidentı Danimarka Futbol Federasiyasının başçısı Ebbe Şvarts seçilir. Anri Delone isə baş katib olur. Berndə UEFA-nın yaranması haqqında elan olunan deklarasiyanı 25 ölkə dəstəkləyir. UEFA-nın mənzil qərargahı 1960-cı il yanvarın 1-nə qədər Parisdə yerləşmişdir. Sonralar o, Bernə köçürülür.    Jül Rime 1956-cl ildə vəfat edir, onun yerini Stenli Rouz əvəzləyir. O, Avropa Çempionatının keçirilməsi haqda öz layihəsini irəli sürür. Avropa Çempionatının keçirilməsi haqqında son layihə isə 1958-ci il iyunun 6-da UEFA-nın “Stokholm Forest” otelində keçirilmiş konqresində təsdiq edilir. Qərara alınır ki, bu yarışlar Avropa Millətlərinin Kuboku, qalibə verilən rəsmi mükafat isə “Anri Delone” kuboku adlansın. Bu kuboku birinci dəfə SSRİ yığma komandası almışdır. SSRİ-dən başqa, almanlar üç dəfə, fransızlar iki dəfə, İspaniya, İtaliya, Hollandiya, Danimarka və Yunanıstan (hərəsi 1 dəfə) bu turnirin qalibi olmuşlar. 1992-ci ildə danimarkalılar gözlənilmədən Avropa Çempionu olur. Həmin ili danimarkalılar finala çıxa bilməmişdilər. Lakin tamamilə gözlənilmədən BMT Yuqoslaviyaya qarşı sanksiyalar tətbiq etdi və UEFA onların komandasını yarışlardan kənarlaşdırmağa məcbur oldu. Yuqaslavlarını yerinə Danimarka oyuna qatılır və möhtəşəm oyun göstərərək qitə çempionu adını alırlar.   Qeyd edək ki, FİFA-nın indiki prezidenti Yozef Blatterdir. O 1998-ci ildə FİFA-ya sərdlik edir.    UEFA-nın isə hazırki prezidenti məşhur futbolçu Mişel Platinidir. 1983, 1984 və 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək «Qızıl top»a layiq görülüb. Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. Mişel eyni zamanda FİFA-nın vitse-prezidentidir.
Tweet 6592