Avtomobil Emblemlərinin Anlamı

 Avtomobil şirkəti öz yaradıcısının şərəfinə Avgust Horch adlandı. Horch alman dilində “dinlə” deməkdir, latın dilinə tərcümədə isə “audi". Bir sözlə, avtomobil adını latın dilindən götürmüşdür. Emblem BMW – Emblem öz formasının təməlini Bavariya bayrağından götürmüşdür. Bayerische Motoren Werke AG - Bavarian Motor Works sözünün qısaldılmış mənasıdır.  Emblem Infiniti - əvvəllər avtomobilin logosuna yol və ya sonsuzluq işarəsinin (∞) qoyulması fikri var idi. Markanın tərcüməsi sonsuzluq deməkdir. Daha sonra işarəni indiki logo ilə əvəz etdilər.   Emblem Mazda – üzərində qanadlı M hərfi qeyd edilib. Firmanın adını zərdüştlük tanrısı olan Ahura-Mazdanın adından götürmüşlər. Bundan əlavə firmanın yaradıcısının soyadı da Tsudziro Mazudadır (1875–1952). Mazdanın hazırkı emblemi  “bayquş”dur, hansı ki emblemdə onun qanadları təsvir olunmuşdur.  Emblem Chevrolet - Lui Şevrole 1908-cı ildə ilham almaq üçün Parisdə ən bahalı otağa yerləşir. İnanmayacaqsız amma onun həyat yoldaşı olmasaydı, avtomobil bu emblemlə dünyaya səs salmazdı. Həyat yoldaşı plyusa oxşar işarəyə təsadüfən qəzet reklamında rast gəlmişdi.  Emblem Alfa-Romeo – logotipin müəllifi Romano Cattaneodur. O, ağ fon üzərində qırmızı xaç yerləşdirmişdir, hansı ki, Milanın bayrağında da var. Emblemin kənarında isə qıvrılmış ilan təsvir olunub.  Emblem Chery – emblemdə CAC  (Chery Automobile Corporation) hərfləri təsvir edilib. A hərfi hər iki tərəfdən C hərfi ilə əhatə olunub. Emblem həm də insan əlini xatırladır, bu da güc və birliyi bildirir. Chery özündə iki sözü birləşdirir: çincə chery “inkişaf”, “cheery” ingiliscədən tərcümədə isə “qazanmaq arzusu” deməkdir.    Azens.az
Tweet