Azərbaycan Ordusunun yaranması

 Daha sonra orduya çağırış haqqında fərman verilib. Bu qərar müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib.  Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. Bu qərarı çıxardanlar keçmiş rus ordusunun azərbaycanlılardan ibarət olan "Dikaya diviziya" adlanan 600 nəfərlik alayı olub. Həmin alayın komandiri general Əliağa Şıxlinski idi.1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.  Qısa müddətdə 30 minlik ordu formalaşdırılaraq 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra milli ordu ləğv edildi. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qalaraq öldürüldü.  Sovet imperiyası dağılandan və ölkəmiz dövlət müstəqilliyinin bərpa etdikdən sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi. Qeyd edək ki, həmin ildə (1991-ci il, 5 sentyabr) Müdafiə Nazirliyi yaradılmış və general-leytenant Valeh Bərşadlı nazir təyin edilmişdi.Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib.  Azens.az saytının məlumatına görə, Azərbaycanda ilk hərbi parad 1992-ci il oktyabrın 9-unda Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edib. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub.  Prezident Heydər Əliyevin 22 may, 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da isə üçüncü hərbi parad təşkil edilib.
Tweet