Azərbaycana məxsus möcüzə - muğam

Muğam – 2002-ci ildə YUNESKO tərəfindən, ümumbəzəri olmayan bir musiqi irsinin şedevri elan edilmiş və onun vətəninin məhz Azərbaycan olduğu qeyd edilmişdir. Muğam sözü musiqidə əsasən, 2 məna kəsb edir. Birinci, Azərbaycan xalq musiqisində bir ahəng, düzüm mənasını daşıyır. Muğamın 7 ahəng növü vardır : Rast, Şur, Segah, Şüştər, Çahargah, Bayatı-Şiraz, Humayun və digər bir neçə əlavə qollara malikdir. Digər bir mənada isə, bu termin xüsusi musiqi forması deməkdir. Muğam - ərəb məqamına, özbək maqomına, hind raqasına çox yaxın, qohum hesab edilir və ahəng baxımından çox oxşardırlar.  Əvvəllər muğam Yaxın Şərq musiqi ənənələrinə uyğun olaraq, ərəb məqamı, türk makamı və fars dəsgahı üslublarında öyrədilirdi və öyrənilirdi. Sonralar isə, əsasən də, post-sovet dövrlərində, Azərbaycanın muğam ustaları və musiqişunaslarının böyük səyləri nəticəsində Azərbaycanın özünəməxsus muğam üslubu tərtib olunmuşdur.  Muğam, Azərbaycan xalq musiqisi kimi öz kökü etibarilə Şərq musiqi mədəniyyətinin lap dərinliklərinə gedir. Muğamın ahəngi  - Quran oxuyan mouzəçilərdən, musiqisi - fars saraylarında  çalınan musiqidən, ifa tərzi isə, Azərbaycan aşıqları tərəfindən qoyulmuşdur.                                         Muğamlar nə haqda oxunur?  Muğamda oxunan əsas mövzu – məhəbbətdir. Tək qadın-kişi məhəbbəti yox, vətənə, təbiətə, Allaha məhəbbət və s. Muğamda tək müasirlərin şeirləri deyil, poeziyamızdan Füzulinin, Vaqifin, Beyləqaninin, Xaqaninin və s. məşhur klassik şeirlərindən istifadə olunur.                                           Muğamın özünəməxsusluğu nədən ibarətdir?  Hər bir muğam kompozisiyası bir neçə hissədən ibarətdir və ümumilikdə bir muğam ahəngi hesab edilir. Müğənni-xanəndə muğam ifa edərkən, bir hissədən digərinə keçərkən səs diapozonunu dəyişərək, aşağı registrdən  getdikcə yüksəyə qalxır. Bunu isə hər ifaçı bacarmır. Muğamın bölmələri arasında mütləq təsniflər oxunmalıdır. Təsniflər – rəngi və diringələrdən ibarət olur. Bunlar da rəqs xarakterli olur. Bu əsasən, impravizə baxımından bir az caza yaxındir.                                            Muğam bu gün nə məna kəsb edir?  Əsasən, Sovet dövrlərində muğam  xalq mədəniyyəti etalonu səviyyəsinə çatdırılmışdır. Azərbaycanın klassik bəstəkarları üçün  XX əsrdə, operaların, simfonik əsərlərin, xor musiqilərinin bəstələnməsində muğam əsas mənbə olmuşdur. XXI əsrdə isə muğam YUNESKO tərəfindən ümumbəşəri mədəni – maddi bir irs kimi tanınmışdir.  Bir fakt diqqəti daha çox cəlb edir, muğam ifa edə bilən və onun mahiyyətini anlayanlar üçün digər musiqi janrlarını ifa etmək çox asan olur. Muğam musiqi dilini anlaya bilən hər bir kəs bunun beynəlmiləl musiqi olduğunu söyləyir. Bu da faktdır ki, muğam ifaçısı heç bir çətinlik çəkmədən  və hazırlıqsız istənilən klassik kompozisiyalı musiqi janrını ifa edə bilər. Muğam ahəng diapozonunun çox geniş olmasından xəbər verir. Muğam ifaçısı çox asanlıqla caz və rok ifa etsə də, caz və ya rok ifaçısı çoxillik məşqlər etmədən muğam ifa edə bilməz.                                                              Maqlar musiqisi  Muğam sözünün kökü – muq, maq sözündəndir. Muğami – maqami kökləri Azərbaycanla bağlı olan qədim etnik  tayfa adıdır. Bu sözün hərfi mənası - “alov, “atəş” mənasını verir. Tarixi faktlar sübut edir ki, qədim Midiya  ərazısində məskunlaşmış Muqlar (Maqlar) çox istedadlı olublarmış. Onlar yaxşı dövlət idarə edər, elmə, incəsənətə, musiqiyə, tibbə, dini ayinlərə və mərasimlərə böyük əhəmiyyət verərlərmiş. Muğan adlı ərazi isə məhz elə onların adından götürülmüşdür. Azərbaycan ərazısındə “Muğan” adını daşıyan kənd və qəsəbə çox olmuşdur. Bu baxımdan da muğam havalarının Muğanla bağlılığı danılmaz bir faktdır. Bu dahi Nizami Gəncəvinin əsərlərində də öz təsdiqini tapır.                                     İnsan xarakterinin fotmalaşmasında muğamın təsiri  Muğam insanı kamilləşməyə doğru aparır. İnsanı sağlamdüşüncəli edir və intellektual inkisafina yol açır. Muğam – qədim tarixə malik, müdrik bir incəsənət növüdür. O insanı dərin dən düşünməyə vadar edir, haqqa səsləyir və hər şeyə sevgi ilə yanaşmağı tövsiyə edir.  Muğam insanların harmonik tarazlığını tənzimləyir, həyata sevgi və bağlılıq yaradır. Muğam neçə əsrlərdən bəri insanların mənəvi aləmini saflaşdıran  bir incəsənət abidəsidir. Bir sözlə, muğam məhəbbət və müdriklik simvolu hesab edilir. Minilliklərdən keçərək bizə gəlib çatan muğam təksəsli musiqi havası formasında ifa edilmişdir.  Muğamın qədim Şumer dövrü ilə əlaqəsi neçə-neçə tarixi faktlarla sübuta yetirilmişdir. Elmi tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki,  muğamın yaranma tarixi çox qədimlərə gedib çıxır, e.ə. XII minillikdən də əvvəllərə...
Azens.az Hazırladı: Orucova Jalə
Tweet