Azərbaycanda Prezident Seçkilərinin tarixi


Seçkilərdə qeydə alınmış seçicilərin 85.7%-i iştirak etdi. Ayaz Mütəllibovun prezident seçilməsinə leyhinə olanların sayı 3,275,837 nəfər, əleyhinə olanların sayı isə 48,866 nəfər oldu.  1990-cı ildən etibarən Azərbaycan SSR-nın prezidenti olan Ayaz Mütəllibov vahid namizəd sistemi ilə keçirilən seçkilərdə yeganə namizəd kimi qeydə alındı. Beləliklə Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti seçildi. 18 oktyabr 1991 tarixində isə Azərbaycan Respublikası yaradıldı.  1992-ci ilin fevralında Xocalıda baş vermiş faciə hakimiyyət silkələdi. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Ayaz Mütəllibov 1992-ci il martın 6-da istefa verir.


 Azərbaycanda ikinci prezident seçkiləri 1992-ci ildə keçirilir. Bu seçkidə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz nəticə ilə qələbə qazanır. Bu seçki rəsmi göstəricilər baxımından Azərbaycan tarixinin ən gərgin siyasi yarışması kimi yadda qaldı. 4 iyun Gəncə qiyamından sonra prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi, nəticədə faktiki hakimiyyətini itirdi. Avqusta keçirilən referendum Elçibəyin hakimiyyətinə son verdi.


 Oktyabra təyin olunan prezident seçkilərinə 3 namizəd qatıldı - Yeni Azərbaycan partiyasının sədri və Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra edən Heydər Əliyev, siyasi dairələrdə çox az tanınan Karrar Əbilov və biznesmen  Zakir Tağıyev. 1993-cü il, oktyabrın 3-də keçirilən və Heydər Əliyevin tam üstünlüyü ilə başa çatan səsvermə Azərbaycan prezident seçkiləri tarixinin 2 rekordunu vurdu. Rəsmi məlumatlara əsasən Heydər Əliyevə seçicilərin 98,8%-i səs verdi, seçici fəallığı isə 97,6% həddinə çatdı. Bu rekrd hələ indiyədək dəyişməz olaraq qalır. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Res¬pub¬li¬ka¬sı Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azər¬baycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə baş¬la¬mışdır.


 1998-ci il. Heydər Əliyev xalqın sevgisi nəticəsində növbəti dəfə prezident seçildi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı. Heydər Əliyevin Respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.


 Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur.  5-ci prezident seçkilərini əvvəlkindən yeni əsr və yeni minnillik ayırırdı.


 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri namizədlərin sayına görə ən "kütləvi", tərkibinə görə isə ən sanballı seçki idi. Hakimiyyətə 76,84 %-lə qalib gələn Heydər Əliyevin davamçısı olan 42 yaşlı İlham Əliyev gəldi. Yeni Prezident 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.  2008-ci il 15 oktyabr. Sayca 6-cı Prezident Seçkiləri. İlham Əliyev 75,12%-lə yenidən Prezident kürsüsünə rəhbərlik edir. 


  Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.  2013-cü il. İlham Əliyev xalqın sevgisi və səyi nəticəsində üçüncü dəfə Prezident seçildi.


 AZENS.AZ

Tweet 1036