Bakı nefti və Rotşildlər

 1870-ci ildən Azərbaycanda neft hasilatı başlanandan ölkəyə Avropadan və Rusiyadan yəhudilərin axını gücləndi. 1883-cü il mayın 16-da Bakıda «Xəzər –Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti» (qısaca«Xəzər – Qara dəniz cəmiyyəti») adlı yeni bir şirkət təsis olundu.   Rotşildlərin Bakıdakı neft sənayesi təsərrüfatının baş mühəndisi uzun müddət David Landau olmuşdu. O, sonralar (1962-ci il) Nobel mükafatına layiq görülmüş fizik, bakılı Lev Landaunun atası idi. Cəmiyyətin rəhbərlərindən biri isə tanınmış kimyaçı, Rusiya İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsi şurasının üzvü Adolf Quxman idi.   "Xəzər-Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti"nin yaradıcısı baron Alfons Rotşild olmuşdu. O, məşhur Paris bankiri Ceyms Rotşildin oğlu idi. Rotşildin vasitəsilə çar hakimiyyəti Fransada bir sıra istiqraz vərəqələri buraxdı. Bunun sayəsində Bakı ilə Batumini birləşdirən Zaqafqaziya dəmiryolunun tikintisi başa çatdı. 1883-cü ildə yekunlaşan bu tikinti üçün vəsaiti Rotşild ödəmişdi. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli şərtlərlə sahib olmaq hüququ qazanmışdı. Beləliklə, 1884-cü ildə Zaqafqaziya dəmiryolu ilə 5,6 milyon puda yaxın müxtəlif neft məhsulları daşınmışdır. Bununla da Rusiya neftinin qərbinə "qapı" açılmış və dünya neft bazarında 30 ilə yaxın sürən sərt bir mübarizə başlanmışdı.   XIX əsrin 80–90-cı illərində Azərbaycanın neft sənayesində istehsalın təmərküzləşməsi prosesi güclənirdi: Rusiya üzrə bütün kerosinin 68%-ni (22,5 mln. pud) imperiyanın bütün zavodlarının təxminən 10%-ni təşkil edən 7 nəhəng zavod istehsal etmişdi: «Nobel qardaşları» şirkətinin zavodu– 10,7 mln., “Kaspiyskoye tovarişevstvo”– 3,5 mln., H.Z.Tağıyev – 2,4mln., Bakı neft cəmiyyəti – 1,7 mln.,A.Rotşild – 1,5 mln., M.Nağıyev – 1,5mln. və Ş.Əsədullayev – 1,2 mln.pud. Artıq 1890-cı ildə işıqlandırma üçün istifadə edilən bütün yağın¾ hissəsini (51 mln. pud) yalnız 13zavod (ümumi sayın təxminən 9%-i)istehsal edirdi ki, bunun da 17,9 mln.pudu «Nobel qardaşları»nın, 4,7mln. pudu isə Rotşildin zavodunun payına düşürdü. Daxili bazarı fəth etməyə can atan A.Rotşild Volqa boyu şəhərlərdə – Nijni Novqorodda, Samarada, Saritsında, Həştərxanda,həmçinin Baltikyanı, Belorus vəPolşa kimi ölkələrdə «Xəzər – Qaradəniz cəmiyyəti»nin kontorlarınıaçırdı. A.Rotşildin təsis etdiyi «Mazut» ticarət-nəqliyyat cəmiyyəti buregionlara neft məhsullarını su yolu ilə daşıyırdı. 1898-ci ildə «Mazut» təkcə Xəzər dənizində 13 tankeri olan nəhəng neft ixracat birliyinə çevrilmişdi.   Rotşildin şirkəti ölkəmizin hüdudlarından kənarda neftin bir çox satış bazarlarını ələ keçirə bilmişdi. Özünün əlavə maliyyə imkanlarını genişləndirmək məqsədilə Rotşild Zaqafqaziya dəmir yolunda hərəkət edən qatarların sayının artırılmasına xeyli kömək edirdi. Belə ki, 1883-cü ildə bu dəmir yolunun açılması zamanı burada cəmi 600 vaqon-sistern vardı. 1916-cı ilin əvvəllərində Rusiya neft sənayesinin 15 müəssisəsinin səhm kapitalı 176767 min rubl, burda fransız kapitalının payı isə 62380 min rubl idi. Beləliklə, Rusiya neft sənayesinin 16 müəssisəsinin səhm kapitalının ümumi miqdarının 35,3%-ə qədəri Rotşild şirkətinin əlində idi. Rotşild qardaşları da Nobel qardaşları kimi Azərbaycan neft sənayesinin sürətli inkişafında müsbət rol oynamışlar.   1900-cü ilin əvvəlində «Nobel qardaşları» şirkəti ilə Rotşildin«Mazut» birliyi neft məhsullarının satışı üzərində nəzarəti ələ keçirmək məqsədi ilə daxili bazarda yeritdikləri ticarət siyasətini razılaşdırmaq qərarına gələrək öz aralarında kartel sazişi imzaladılar. Bir sözlə, E.Nobel və A.Rotşild Rusiya kerosininin xarici bazara ixracı sahəsində səylərini birləşdirdilər. Koordinasiya edilmiş iqtisadi siyasət aparan «Nobmazut» Nobel – Rotşild karteli var-gücü ilə Qafqaz neft bazarına nüfuz etməyə cəhd göstərən «Standart oil» Amerika sindikatına qarşı uğurla müqavimət göstərirdi. 1906-cı ilin sonlarına yaxın «Nobmazut» Rusiya imperiyasının bir çox regionlarında anbarlar tikmişdi. Təbii ki,neft məhsullarının əsas və ən geniş saxlama sistemi Bakının özündə yaradılmışdı: 1900-cü ilədək burada ümumi tutumu 276,5 mln. puda çatantəxminən iki minədək müxtəlif anbar yerləşirdi.   Rotşildlər Bakıda– Ağ şəhərdə və Bayılda məktəb tikintisinə, həmçinin gözəl binaların inşasına böyük məbləğdə vəsait ayırmışdılar. Hazırda həmin binalardan birində – Azərbaycan Dövlət İncəsənət Muzeyi (de Burun imarəti,əvvəlcə Sadovaya, sonra – Çkalov, hazırda – Niyazi küçəsi, ev 4;1891-ci lidə mühəndis N.A. fon der Nonne tərəfindən tikilib), digərində– Respublika Baş Prokurorluğu ( Kolyubakinskaya, sonra – YefimSaratovest, hazırda – Nigar Rəfibəyil küç.–13 ünvanında «Xəzər – Qaradəniz cəmiyyəti»nin baş kontorunun binası; binanı 1899-cu ildə mülki mühəndis K.B.Skureviç inşa edib) yerləşir.   Azens.az
Tweet