Barəsində güllələnmə hökmü çıxan bəstəkar


  Çar Rusiyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycanda Sovet hakimiyyəti illəri. Üzeyir Hacıbəyov ilk SSRİ xalq artisti adına layiq şəxsiyyət olsa da, hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq, bütün dövrlərdə xalqına xidmət edib. Elinə, xalqına can yandıran Üzeyir Hacıbəyov heç vaxt özünü qorumayıb. 37-ci illərin çətin günlərində belə, “xalq düşmənləri”nin ailələrinə, övladlarına kömək eləməkdən çəkinməyib.  


 1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri mart qırğını zamanı Üzeyir bəyin evi də gülləbaran edilmişdi. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənir.  


 Hətta 1920-ci ildə bəstəkarı güllələmək belə istəyirlər, güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da var imiş. Nəriman Nərimanovun sayəsində bəstəkar ölümdən xilas ola bilir. Sonralar isə Üzeyir Hacıbəyovu, sözün əsl mənasında, əsərləri hifz edir. “Koroğlu”nu həddən ziyadə bəyənən Stalin Üzeyir Hacıbəyova “bir yox, iki belə opera yaratmağı” məsləhət görür.  


 AZENS.AZ

Tweet 1212