Butanın görünməyən tərəfləri


 Buta ― Azərbaycanın çox tanınmış nişanəsidir. Olduqca çox sirli tərəflərə malikdir. Butanın sirri arasında Qız Qalası da gizlənir.


 Dünyada 6 rəqəmini xatırladan üç tikili vardır. Bunlardan biri Misirdə, digəri Mesopatomiyada, digəri isə Bakıda yerləşir.Qız Qalasına yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir. Görünür bu səbəbə görə, xalqımız Butanı Azərbaycanın milli rəmzi hesab etmişlər.


  Deyilənlər görə, Buta Hindistan-Moğol sənətinin bir ünsürüdür. Əslində bu naxış ilk dəfə Teymurləngin nəvəsi türkəsilli Babur Şah tərəfindən istifadə edilmişdir. Təəssüf ki, türk mənşəli Buta indi bir çox mənbələrdə Hindistana istinad edilməkdədir. Dünyanın yeni möcüzələrinə daxil olan məşhur tikili Tac Mahal da türk memarlarının və incəsənətinin bir nümunəsidir. 6-cı Babur hökmdarı Cahanşah tərəfindən mərhum xanımı Mümtaz Mahalın xatirəsinə həsr olunmuş bu sərdabənin tikintisində müxtəlif türk ellərindən, o cümlədən Azərbaycandan gələn sənətkarlar yaxından iştirak etmişdir. Buta naxışlı məhsullar 19-cu əsrin ortalarında Hindistandan Şotlandiyanın Paisley şəhərinə gətirilmiş və oradan da bütün dünyaya yayılmışdır. Məhz buna görə Buta hal-hazırda Qərb dünyasında "paisley" adı altında tanınır.  


 Buta bizim tariximizin bir hissəsidir desək yanılmarıq. Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilmişdir. Butanın izahlı lüğətlə olan tərcüməsi belədir: qönçə və parçaların üzərində badamabənzər xırda naxış, xırda gril şəkli. Buta bir çox qədim əsərlərimizdə də adı çəkilən bir nişanədir. Onda nənələrimizin sığalı, tariximizin izi var. Amma təəssüf ki, bu tarixi naxışın məhz Türk-Azərbaycan mənşəli olması dünyada çox az bilinir. Bunu isə tanıtmaq biz vətəndaşlara düşür.                                                                                                  


   AzEns.AZ

Tweet 889