Çingiz Abdullayev

 Çingiz Abdullayev — Azərbaycan detektiv yazıçısı, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı


 Məşhur azərbaycanlı detektiv yazıçısı Çingiz Abdullayev Azərbaycanın İlk Elektron Ensiklopediyası olan Azens.az haqqında öz fikirlərini bildirdi: 


 Azens.az – ölkə üçün, dövlət üçün çox önəmli saytdır. Prezidentin və Nazirlər kabinetinin qərarına əsasən, artıq nəinki ədəbiyyata dair, hətta yazılı formada olan bütün materiallar elektron bazaya keçməlidir., Bu bütün dünyada belədir: Xarici dövlətlərin şair və yazıçıları öz əsərlərini artıq elektron formaya keçirirlər. 


Mən inanıram ki, Azərbaycan gəncləri 10 ildən sonra daha çox inkişaf etmiş, dünyagörüşü zəngin və uğurlu olacaqlar. Mən daim gənclərlə ünsiyyətdə oluram, hər həftə onlara zaman ayırıram. Fəxrlə deyə bilərəm ki, ikinci elə bir yazıçı yoxdur ki, mənim qədər gənclərlə zaman keçirsin. Əminəm ki, gənclərin elmi inkişafına azens.az çox böyük yardımçı olacaq.


Deyilənlərə görə, Dronqo elə sizin özünüzsüz. Bu həqiqətən belədir?

- Dünyada 6 qadın klubu var – bunlar “Dronqo” adını daşıyır. “Dronqo” adını daşıyan bir çox restoranlar var, bunlar mənə aid deyil (gülür). Bir dəfə qızım mənə sual vermişdi ki, ata, Dronqo əsərini kimdən yazmısan? Mən soruşdum ki, Sən həqiqətən bunun kim olduğunu anlamadın? O da mənim kimi hündür, zarafatcıl və az saçlıdır. Sən anlaya bilmədin ki, bu kimdir? Qızım cavab verdi ki, ata, mən onu çoxdan anlamışam amma sən belə ağıllı deyilsən axı. O, çox ağıllıdır..... Mən bu qəhrəmanı yaratmışam, bəlkə də o əsl kişi obrazıdır. 


Kitablarınız dünyanın çox ölkələrində satılır, bunlar hansı ölkələrdir?

- Kitablarım indiyədək 32 dilə tərcümə edilmişdir, 60-dan çox ölkədə satışdadır. Bunlar yalnız Avropanı əhatə etmir, Çin, Argentina, ərəbdili ölkələr və s. 


Sizin əsərlərinizə həm Rusiya, həm də Azərbaycanda filmlər çəkilib. Sizcə hansı tərəf incə nüanslara daha dərin toxunub?

- Azərbaycanda  “Quba kapriççosu” romanı əsasında çəkilmiş son film. Orda baş qəhrəman olan Dronqonu İlqar Muradov canlandırıb. Həmin  filmdə Azərbaycan mövqeyi daha aydın və fərqli göstərilib. 


Bir detektiv əsər yaratmaq üçün nə qədər vaxt tələb olunur?

- Məsələn, mən tarixi roman yazmışam, ona 14 il sərf etmişəm, indi ikinci hissə üzərində çalışıram. Amma detektiv əsər üçün mənə 1-2 ay kifayət edər. 


Ən sevdiyiniz azərbaycanlı yazar kimdir? 

- Əgər keçmiş dövrləri əsas götürsək, Məmməd Səid Ordubadi. Amma müasirlərdən Natiq Rəsulzadəni bəyənirəm. 


 Sizcə sizin rəhbərliyinizlə Neftçi klubu yaxın gələcəkdə çempion ola biləcək?

- İnanıram ki, yaxın illərdə çempion olacaq. Neftçi ilə çalışdığım 4 ildə 4 dənə medalımız var. Neftçinin çempion olacağından əminəm.  

 
Tweet 120