Cinlər, cinlər, cinlər....


Xeyirli olan və Allahın əmrindən çıxmayan və insana yaxşı şeylər ilham edən mələklər, insanı aldadan və şərə yönəldən şeytanlar, həm xeyirliləri həm də şərliləri olan cinlər, olmaq üzrə üçə ayrılmaqdadır.Qurana görə insan torpaqdan, cinlər isə atəşdən yaradılmışdır. Quranda cinlərdən bəhs edən iyirmi səkkiz ayədən ibarət və Cin surəsi deyə bilinən bir surə var. Orada cinlərn bir qisminin müsəlman olduğu qeyd edilib. Cinlərin mömin olanları möminlərlə birlikdə cənnətdə, kafir olanları da kafirlərlə birlikdə cəhənnəmdə qalacaqlar. Cinlər müxtəlif şəkillərə girə biləcək və insanların edə bilməyəcəyi bəzi işlərin öhdəsindən gələ biləcək qabiliyyətdə yaradılmışdır. Azens.az saytının məlumatına görə, Cinlərin bəziləri gözlə görünə bilir. Allah cinləri Hz. Süleymanın əmrinə vermiş, o da cinləri ağır və məşəqqətli işlərdə istifadə etmişdir. Ancaq həyatlarının uzunluğu, ruhani və mənəvi varlıqlar olmaları, mələklərdən xəbər oğurlamaları kimi səbəblərlə insanların bilmədiyi, keçmişə və bu ana aid bəzi hadisələri bilə bilirlər. Ancaq bu cinlərin insandan daha üstün varlıqlar olduğunu göstərmir. Cinlər də insanlar kimi iman və ilahi əmrlərə itaət etməklə öhdəçiliklidirlər.  "Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım" (əz-Zariyat 51/56). Cinlər eynilə insanlar kimi yeyərlər, içərlər, evlənər və çoxalarlar, erkək və dişiləri vardır, doğular, böyüyər və ölərlər. Ancaq cinlərin ömürü insanlarınkına görə çox uzundur. Bəzi vəziyyətlərdə cinlərin insanlara zərər verməsi söz mövzusu ola bilsə də, müsəlman bir kimsənin cinlərdən qorxmaması və Allahın icazəsi olmadan bir varlığın başqa bir varlığa zərər verə bilməyəcəyinə könüldən inanması lazımdır.
Tweet 5605