«Dəmir Ledi» əfsanəsi


 İki şəxs sovet dövlətinin çökməsində böyük rol oynamışdı – onlardan biri R. Reyqan, biri də "dəmir ledi" idi. Kommunizmin qatı düşməni və NATO-nun sadiq müttəfiqi olan Tetçer, Alyansın Qərbi Avropada ABŞ-ın "Perşinq" və qanadlı raketlərinin yerləşdirilməsini dəstəkləmişdi.  «Dəmir ledi» özündən sonra «tetçerizm» qoyub getdi. Baş nazirliyi dövründə dövlətin iqtisadi sahədəki rolunu minimuma endirmək üçün tətbiq etdiyi, öncə xalqın müəyyən çətinliklərlə üzləşməsinə səbəb olan, ancaq daha sonra uğur qazanan özəlləşdirmə və bilavasitə vergiləndirmə kimi iqtisadi siyasəti ilə, öz adıyla adlandırılan yeni bir iqtisadi fəlsəfənin yaranmasına səbəb oldu.


 Marqaret Tetçerin qızlıq adı Hilda Roberts idi. Saçlarına saatlarla vaxt sərf edər, gün ərzində saat yarım yatardı. Orta sinif ailəsindən olan Marqaret Tetçer kimya və qanunvericilk üzrə təhsil almış, sonradan isə siyasətlə məşğul olmağa başlamışdır. 1970-ci illərdə o, Elm və Təhsil  üzrə dövlət katibi vəzifəsində çalışmışdır. Xanım Tetçer Mühafizəkar Partiyanın sıralarında  tezliklə yüksəlməyə başlayır  və 1975-ci ildə Parlamentdəki müxalifətin lideri olur.


 1979-cu ildə isə səsvermə yolu baş nazir vəzifəsinə təyin olunur. 1990-cı ilə qədər Britaniya hökümətinə rəhbərlik etmişdir.  Onun missiyalarından ən əsası SSRİ-nin süqut etdirilməsi, Səddam Hüseynin Küveytdən çıxarılması idi. Daim aborta, edam cəzasının ləğvinə və boşanmanın asanlaşdırılmasına qarşı çıxış edirdi. Əlində həmişə qara çantası, geyim tərzi kobud və ciddi olardı. Dilinin isə “çantası kimi kəskin” olduğu deyilərdi. 26 yaşlı (1951-ci ildə) Marqaret seçkilər zamanı tanış olduğu Denis Tetçer ilə ailə həyatı qurur, onun soyadını götürür və onların iki əkiz oğlu Kerol və Mark dünyaya gəlir.1954-cü ildə hüquq sahəsi üzrə diplom alır. 1959-cu ildə parlamentə seçiləndə onun cəmi 35 yaşı var idi.


 1990-cı ilin noyabrında Tetçer 65 yaşında istefa verdi. Baş nazir postuna partiya lideri Con Meycer gəldi. Vəzifəsindən istefa verdikdən qısa müddət sonra kraliça tərəfindən İngiltərənin ən böyük mükafatı olan “Ləyaqət nişanı”na layiq görülmüşdür. Bundan əlavə, özünə və həyat yoldaşı Denis Tetçerə 1991-ci ildə baronluq titulu verildi. Bu 1965-ci ildən bu yana verilən ilk baronluq titulu idi. Tetçer 1992-də "Baronessa" titulu aldı. Bunun sayəsində Lordlar Palatasına girmə imkanı əldə etdi.  Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer 8 aprel səhər saatlarında ürək tutmasından vəfat etmişdir.  


 AZENS.AZ

Tweet 1085