Dünya Parlamentləri: Rəqəmlərin dili ilə....


 Lordlar palatasında hər il parlament sessiyasını monarx açır, qanunları təsdiqləyir. Kral sanksiyası olmadan qanunların heç bir hüquqi gücü olmur. Böyük Britaniya parlamentinin tərkibi:

 Aşağı palata (İcmalar palata) Birbaşa gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Seçki dairələrinə uyğun olaraq 651 deputatdan ibarətdir. 533-ü İngiltərədən 59-u Şotlandiyadan 40-ı Uelsdən 18-i isə Şimali İrlandiyadan İcmalar palatasının funksiyaları: Qanun layihələrini müzakirəyə çıxarır, qəbul edir (maliyədən başqa) və yuxarı palataya – Lordlar palatasına səsverməyə göndərir. Büdcəni qəbul edir. Vergi qoymağa və hökümət xərclərini razılaşdırmağa tam huququ vardır. Qulluqçu personalarının sayı 1550-yə yaxındır.


 Partiya tərkibi: 306 konservatorlar 258 leyboristlər 57 liberal demokratlar 8 demokrat-yunionictlər 6 Şotland nasionalistlər 5 İrland respublikaçıları (Şinn Feyn) 3 Vall nasionalisti (Playd Kimru) 3 sosial-demokrar və leyboristlər 1 “Alyans” 1 Yaşıllar partiyası 1 müstəqil deputat 1 spiker Spiker – ictimai palatanın sədridir, iclaslara rəhbərlik edir, lordlar palatasında, dövlər orqanlarında və kpallıqda palatanı tənsil edir.istefa verdikdən sonra vikonta titulu və lordlar palatasında yer alır.


  Yuxarı palata(lordlar palatası) Seçkisiz əsaslarla formalaşır. 774 nəfərdən ibarətdir. Lorplar palatasının funksiyaları: İcmalar palatasından göndərilən qanun layihələrinə baxır və düzəlişlər edir(maliyə billərindən başqa). Vətəndaş və cinayət işləri ilə bağlı məhkəmələrin çıxardığı qərarların arellyasiyasına baxır. Lordlar palatasının çıxardığı verdikt həlledici sayılır. 


  Qulluqçu personalı – 450 nəfərə yaxındır. Tərkibi: 26 ruhani lord (Lords Spiritual) – İngilis kilsələrinin dini nümayəndələri 87 irsi titul alan perlər (anadangəlmə titullu olanlar: hersoq, markiz, qraf,vikont və ya baronlar) 661  ömürlük perlər ( irsən keçməyən, amma ömürlük olan tutul, bu titul monarx tərəfindən dövlət qarşısında xüsusi xidməti olanlara verilir).


 Dünyada ən qədim parlamentlər -  İslandiya altinqi (parlamenti) – 930-cu ildə yaradılmışdır. 979-cu ildə Men adasında yaradılan parlament (tinvald)- fasiləsiz olaraq işləyən ən qədin parmalentdir.


  “Konfet masası” artıq 50 ildirdir ki, ABŞ  senatında bir ənənəyə çevrilmişdir. Bunu 1965-ci ildə “şirniyyatsevən” senator Corc Merfi dəb halına salmışdır. O, həmişə senata özü ilə konfet gətirər, fasilə zamanı bütün həmkarlarını qonaq edərdi. O gündən bü günə bütün senatorlar həmkarlarını “konfet masa”nına dəvət edirlər. Hal-hazırda senatda il ərzində 180 kq-a yaxın konfet yeyilir.


 Avstraliya parlamentinin yerləşdiyi ərazi 32 hektardır. Binanın sahəsi 250.000 kv.metrdir və 4500 otaqdan ibarətdir. Britaniyanın İcmalar palatasında 20 il bundan əvvələ nisbətən daha çox yemək yeyilir. Beləki, 1990-cı illərdə 400 adda yemək hazırlanırdısa, 2010-cu ildə bu rəqəm artıq 8000 çatmışdır.

 San-Marinoda iki dövlət başçısı vardır –  Dövlət Şurası tərəfindən (bir palatalı parlament) rəqabət edən partiyadan  6 ay müddətinə seçilmiş kapitanlar – regentlər .


 Dünyanın ən az saylı parlamenti  - 14 nəfərdən ibarət Mikroneziya Federativ ştatları Konqresidir. 2-ci yerdə İslandiya parlamenti – 63 nəfər, 3-cü yerdə Latviya – 100 nəfər.


 Dünyada ən çox saylı parlament Çin parlamentidir – 2987 nəfər, 2-ci yerdə KXDR (Koreya Xalq Demok. Respublikası) – 687 nəfər, 3-cü yerdə Rusiya Dövlət Duması – 170 + 450 = 620 nəfər.


 Parlamentarilərin məvacibləri (ABŞ dolları ilə) Yaponiya – ( ən yüksək məvacib) – 21.000 dollar, Avstraliya – 15.300 dollar, ABŞ – 14.500 dollar Rusiya – 11.765 dollar Almaniya – 11.060 dollar, Böyük Britaniya – 9.445 dollar, Keniya – 6250 dollar (2013-cü ilədək 10.000 dollar), Zimbabve – 370 dollar (dünyada ən az parlamentari məvacibi).    


 Parlamentlərdə təmsil olunan partiyaların sayı: 1 partiya – Çin Xalq Res. (ən az partiya), 3 partiya – Andorra, 4 partiya  - Rusiya, 5 partiya – Zambiya, 22 partiya – Braziliya (ən çox partiya), 13 partiya – Avstraliya,   13 partiya  - Belçika.    


 Son sessiyada düzəlişlər edilən və qəbul olunmuş qanunların sayına görə: 1-ci yerdə Rusiya Dövlət Düması – 250 2-ci yerdə ABŞ – 187 3-cü yerdə Sinqapur – 89.


 Ən az qanun qəbul etmiş parlament: 1 yerdə CAR (Cən. Af. Resp) – 3, 2-ci yerdə Trinidad və Tabaqo – 6, 3-cü yerdə Pakistan – 11 4-cü yerdə Kanada – 25  


 AZENS.AZ

Tweet 1046