Dünya valyutası olan dolların yaranması


 ABŞ iqtisadiyyatı sürətlə inkişaf edir, banklar açılır, texnologiya sürətlə irəliləyirdi. Bu proseslərin ən önəmli məqamlarından biri o idi ki, ABŞ bütün alış-verişi xalis qızılla aparırdı.  Beləliklə, müharibənin axırı üçün dünya qızılının 40%-i ABŞ-da toplanmışdı. Deməli, dolların təminatı xalis qızılla idi. Və belə olan halda, ABŞ milli valyutası olan dollar, faktiki olaraq dünya valyutası rolunu oynamağa başladı. Beləcə, 1970-cı illərdə ABŞ artıq dolların qızıl təminatından imtina edərək, iqtisadi inkişaf hesabına təminata keçid etdi. Dollar artıq dünya valyutası idi, dünyanın demək olar ki, çox ölkəsində istifadəsi mümkün idi.  Dollar əskinasının görünüşü tarix və əfsanəvi hadisələrin paradoksal şəklidə qarışdırılması nəticəsində yaranmışdır. Əskinasların dizaynında bəzi elementlər çox vaxt mason və ya mifik simvollar kimi başa düşülür. Hansısa mənada bu iddialar haqlıdır, belə ki, ABŞ-ın əsasını qoyanların əksəriyyəti mason olub və bu gün də Birləşmiş Ştatlarda mason lojaları müfəvvəqiyyətlə işlərini davam etdirirlər.  Azens.az saytının məlumatına görə, hazırda mövcud olan dollar əskinaslarının baş lıca dizaynı 1928-ci ildə təsdiqlənib. Əskinaslarda ABŞ-ın dövlət xadimlərinin portretləri əks olunur:  ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun portreti 1 dollarlıq əskinası, üçüncü prezident Tomas Cefferson 2 dollarlıq,  ABŞ-ın 16-cı prezidenti Şimal cə Cənub müharibəsinin qalibi Abraam Linkoln 5 dollarlıq,  ABŞ-ın əsasını qoyanlardan olmuş və ilk maliyyə naziri Aleksandr Hamilton 10 dollarlıq, ABŞ-ın yeddinci prezidenti və müasir dolların yaradıcılarından olmuş Endrü Cekson 20 dollarlıq,  ABŞ-ın 18-ci prezidenti və vətəndaş müharibəsinin qəhrəmanı Uillis Qrant 50 dollarlıq,  alim, publisist və diplomat Benjamin Franklin 100 dollarlıq əskinasda əks olunub.  Vaxtilə buraxılmış 10 minlik əskinas üzərində isə Linkoln dövründə maliyyə naziri və sonradan Ali məhkəmənin rəhbəri olmuş Selmon Ceyz Amerika pulları üzərində “Biz Tanrıya inanırıq” yazısının dərc edilməsi qərarını vermişdi. Bu kəlmə ilk dəfə 1864-cü ildə 2 sentlik sikkələr üzərində, 1957-ci ildə ilk dəfə kağız əskinaslar üzərində həkk edilməyə başlamışdır. 1963-cü ildən bəri isə daimi olaraq istifadə olunmağa başlanıldı.   1864-cü ildə ABŞ Konqresinin qəbul etdiyi qanuna əsasən Amerika valyutası üzərində sağ olan bir şəxsin portretinin dərc edilməsi qadağan edildi. Bu qanun maraqlı bir tarixi hadisə ilə əlaqələnir: məsələ bunda idi ki, dollar istehsalı ilə məşğul olmağa ilk dəfə olaraq başlamış Valyuta Bürosunun rəhbəri Spenser Klark 5 sent məbləğində olan əskinaslara öz portretini həkk etdirmişdi. Əslində bu təcrübə bir o qədər də qeyri-adi görünməzdi. Belə ki, artıq əskinaslar üzərində fəaliyyətdə olan məmur Ceyzin portreti dərc edilmişdi. Məsələ isə bunda idi ki, tezliklə Klarkın adı əxlaqsızlıq fəaliyyətlərində hallanmağa başlayır. Belə olunca, Amerika dollarını çirkinlikdən mühafizə etmək üçün Konqres belə bir qanunu qəbul edir.  Əskinasın əks üzündə isə ABŞ tarixini əks etdirən və ölkənin simvolu hesab olunan tarixi məkanlar təsvir edilib. Kifayət qədər az rast gəlinən 2 dollarlıq əskinaslarda Müstəqillik Deklarasiyasını imzalayan qəhrəmanların birgə durduğu məkan, 5 dollarlıq əskinaslarda Linkolnun Vaşinqtonda yerləşən Memorialı, 10 dollarlıqda ABŞ Maliyyə Nazirliyinin binası, 20 dollarlıqda Ağ Ev, 50 dollarlıqda Kapitoliy, 100 dollarlıq əskinasda isə ABŞ Müstəqillik Bəyannaməsinin imzalandığı “İndependens Holl” (İstiqlal Qülləsi) təsvir edilib.  Bütün dollar əskinasları ABŞ maliyyəsinə cavabdeh olan məmurların imzasının tam surəti ilə əks etdiriliblər. Əvvəllər bu imzalar real insanların həqiqi imzaları olurdu. Azens.az-ın məlumatına görə, 1776-cı ildə amerikalı separatçılar özlərinin “kontinental” adlı pul vahidlərini çap etməyi qərarlaşdırırlar. Faktiki olaraq, əskinasları heç bir şey ilə təchiz etməyən çap maşını işə salınır. Belə ki, hər bir “kontinental” əskinası Şimali Amerikada o zamanlar məşhur olan saxtakarlıqdan mühafizə olunmaq üçün imzalanırdı. Bunun üçün bir neçə yüz tanınmış şəxs təyin edilir və onlar da bu əskinasları gecə-gündüz imzalamaqla məşğul olurdular. Yalnız 1863-cü ildən sonra real insanların imzaları, onların surəti ilə əvəzləndi.  1 dollarlıq əskinasın arxa tərəfində “ABŞ-ın Böyük Möhürü” təsvir edilib. Bu iki rəsmdən ibarətdir: sağ tərəfdə ulduz və zolaqlı bayraqla bəzədilmiş qalxan ilə sipərlənmiş ağbaşlı qartal dərc edilib. Bir pəncəsində qartal 13 meyvə və 13 yarpağı olan zeytun budağı (sülhü simvolizə edir), digər pəncəsində isə 13 ox tutub (müharibəni simvolizə edir). Meyvələr, yarpaqlar və oxlar, dizaynerlər tərəfindən qədim hinduların simvolikasından götürülüb. Qartalın üst tərəfində 13 ulduz əks edilib (ilk 13 ştatı simvolizə edir). Qartalın başı zeytun budağını tutduğu pəncəsinə tərəf yönəlib və bu da onu simvolizə edir ki, ABŞ sülhə meyillidir (qeyd edək ki, 1945-ci ilə qədər qartal əks tərəfə baxırdı). Qartalın üst tərəfi qanunverici hökuməti, qartalın başı icraedici, quyruğu isə məhkəməni simvolizə edir.

 Qartalın baş hissəsindən latın dilində 13 hərflə “E Pluribus Unum” (mənası “Çoxlardan biri”) yazılmış lent dalğalanır. Bu sözün mənası indiyə qədər məlum deyil. Linqivistlər və tarixçilər bu frazanın analoqunu qədim romalıların əməklərində tapmaq istəsələr də, bu uğursuzluqla sona çatdı. Belə bir ibarəyə yalnız Vergilinin “Georgiklər” poemasında rast gəlmək mümkün oldu. Belə ki, bu ibarənin mənası çox sadə yolla izah edilir: 18-19-cu əsrlərdə Böyük Britaniya və ABŞ elitası arasında “Gentleman's Magazine” jurnalı çox məşhur idi. 18-ci əsrin əvvəllərində bu jurnala abunə olmaq olduqca baha idi və amerikalılar onu yalnız kitabxanalardan əldə edə bilir və ya illik nömrələrin yığımını ala bilirdilər. Bir yığımda olan nömrələr “E Pluribus Unum” ibarəsi ilə markalanırdı.

 Möhürün sol tərəfində tam tikilməmiş piramida və onun ayaq tərəfində ABŞ-ın yaranma tarixi olan 1776-cı il rum rəqəmləri ilə əks edilib (MDCCLXXVI). Bu simvolikanın rəsmi izahı yoxdur. Qəbul edilmiş şəkildə hesab olunur ki, piramida ABŞ-ın inkişafa doğru yönümlü olmasını əks etdirir. Bundan başqa, piramida 13 mərtəbədən ibarətdir (bu 13 ştata və mason simvolikasına uyğundur). Piramidan üst tərəfində günəş şüalarının əhatəsində olan üçbucaq içərisində əks edilmiş göz işarəsi amerikalıların dediklərinə görə, sülhə nəzarət edən bir qüvvəni simvolizə edir. Azens.az-ın məlumatına görə, Piramidanın üst tərəfində latınca yazılmış 13 hərfdən ibarət “Annuit Coeptis” (mənası “O bizim fəaliyyətimizi bəyənir”) yazısı, alt tərəfində isə latınca “Novus Ordo Seclorum” (mənası “Nəslin yeni nizamı”) ibarəsi təsvir edilib və bu deyilənlərə görə, “Amerika erasının” başlandığını simvolizə edir. Piramida, göz və bu yazılar 18-ci əsrdə ilk pul əskinasları üzərində əks olunurdu. Bu təklifi ilk dəfə ABŞ-ın yaradıcılarından olmuş tipoqraf, publisist, ixtiraçı alim, diplomat və eyni zamanda mason Benjamin Franklin təklif edib. Bu iki faktor ilə izah edilir: birincisi bu simvolikanın o dövr yaradıcılığında məşhur olması, ikinci, saxtakarların fəaliyyətinin qarşısını almaq. Bu möhür Amerika əskinaslarında yalnız bir neçə il mövcud olmuş, bundan sonra isə unudulmuşdu. “ABŞ-ın Böyük Möhürü” yenidən dollar əskinaslarına 1930-cu ildə prezident Franklin Ruzveltin tapşırığı ilə qaytarılmışdı.

 Dollar əskinaslarının niyə yaşıl rəngdə olması haqqında ətraflı məlumat yoxdur. 1929-cu ilə qədər dollar əskinaslarının hazırlanmasında müxtəlif rənglərdən istifadə olunurdu. Yalnız 1929-cu ildən isə bütün əskinasın yaşıl rənglə boyadılması qərarlaşdırılmışdı. Yaşıl boyalar kifayət qədər ucuz olurdu və yaşıl rəng psixoloji cəhətdən pullara etimad gətirir və optimizm hissini artırırdı. Son illərdə dollar əskinaslarında yenidən sarı və çəhrayı rəng çalarları meydana gəlməyə başlayıb. 
Tweet