Dünyada iki qadından biri azərbaycanlı

 Şövkət Səlimova 1920-ci il dekabrın 25-də ismayıllı rayonunun Basqal kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. İkinci Dünya Müharibəsi ishtirakçısıdır. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və daha sonra gəmi kapitanı vəzifəsində çalışmışdır.   Şövkət xanım Səlimova neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. Şövkət xanım müharibə illərində gəmi ilə neft, silah daşınmasında böyük əməyi keçən şəxslərdəndir. O, Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz edirdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi qadınlar da mərdliklə cəbhədə iştirak etmişlər. Müharibə dövründə qadınlarımız ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər. Bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmuş səhifələridir.   Əvvəllər Azərbaycan Neft-kimya institutunda tərbiyə üzrə prorektor və siyasi iqtisad kafedrasının dosenti, iqtisad elmləri namizədi Şövkət Səlimova 1974-cü ildən 1989-cu ilə qədər Konservatoriyanın ictimai elmlər kafedrasına başçılıq etmişdir. Azərbaycan bu cəfakar qadını dəfələrlə mükafatlandırmış, "Qırmızı Ulduz" və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.  AZENS.AZ Orucova Jalə
Tweet