Dünyada ən çox görülən yuxular hansılardır?


1- Göyə yüksəlmək: Göyə doğru liftlə və ya başqa yolla yuxarıya qalxmaq xeyirə yozulan yuxulardandır. Yüksək mövqeyə yüksələcəksiniz. 2- Diş düşməsi: Dişin düşməsi özünə inamı itirmək deməkdir. 3- Tualet tapa bilməyib altına etmək: Mənası başqasının ehtiyacını özündən üstün tutmaq anlamındadır.  4- Cəmiyyət içində çılpaq qalmaq: Yuxuda çılpaq qalmaq, müdafiəsizliyi ifadə edir. İnsan özünü yalnız və qorunmağa möhtac hiss edəndə bu tip yuxular görür.  5- İmtahanda hazırlıqsız olmaq: bu tələbəlik illərindən qalma qorxudur. Uğura öyrəşmiş tələbələrin qorxusudur. Narahatlığa səbəb olan başqaları deyil, yuxunu görənin özüdür. 6- Uçmaq: Uzun zaman sizə yük olan problemdən azadolma deməkdir. 7- Yüksəklikdən düşmək: Məsuliyyətli insanların çox gördüyü yuxudur. Onlar uğursuzluqdan qorxurlar. 8- Avtomobilin idarəsini itirmək: Həyatdakı idarəetməni itirmək və bəzi xoşagəlməzliklərlə rastlaşmaq mənasındadır. 9- Evdə bilinməyən bir otaq kəşf etmək: Yuxuda ev adamı, evin otaqları isə adamın xarakter və rəftarlarını simvollaşdırır. Bilinməyən bir otaq isə yeni .ans yaranacağını bildirir... 10- Gecikmək: Vacib bir fürsəti əldən qaçırmaq deməkdir.  11- Qovalanmaq: Bəzən yuxularda arxamızca kiminsə qaçdığını görürük. Bu bir şeydən qaçmaq və qurtulmaq istədiyinizi bildirir.  12- Saç kəsmək: Xeyirli bir yuxu deyil, bədbəxt hadisələrin baş verəcəyinə işarədir.  13- İlan: İlanlar ümumiyyətlə qorxunu  bildirir. Köhnə Misirlilər gildən ilan fiquru edib qapılarının önünə qoyurdular. İlan daha çox gizli təhdid və təhlükənin anlamıdır.
Tweet