Dünyada nə qədər yəhudi var?


  Dünyada ən çox yəhudi İsraildən sonra ABŞ-da yaşayır. Hazırlanan xüsusi hesabatdakı rəqəmlərə görə, ABŞ-da 5 milyon 280 min yəhudi yaşayır. Digər pillələri bölüşür:  Fransa - 600 min, Kanada - 390 min, Böyük Britaniya - 350 min, Rusiya - 205 min və s.


 Hesablamalara görə, Avropada 1 milyon 500 min yəhudi yaşayır. Onlardan 298.000 yəhudi Sovet ölkələrinin payına düşür. Qeyd edək ki, bu say hər il fərqli sayda artmaqdadır.


  Yəhudilər Azərbaycanın ən qədim xalqlarından olmuşdur. Mədəniyyət, incəsənət, səhiyyə və digər müxtəlif sahələrdə dövlətimizə böyük töhfələr vermişlər. Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. Azərbaycan Yahudilərinin ən sıx olduğu 1970-ci ildə ölkədə 41288 nəfər Yahudi var idi.  


 Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Bir fakt olaraq qeyd edək ki, yəhudilər dünyanın ən ağıllı milləti hesab edilir.  


 AZENS.AZ

Tweet 1064