Dünyada ən sevilən yemək hansıdır?


Həyatda elə bir insan yoxdur ki, onun sevdiyi yemək olmasın. Bəs sizcə dünyanın ən sevilən yeməyi hansıdır?


 Belə bir araşdırma İngiltərədə aparılmışdır. On altı ölkədən 20 minə yaxın insanın iştirak etdiyi sorğuda, demək olar ki, dünya xalqlarının yemək xəritəsi hazırlanmışdır. Həmin bu sorğuda 1154-cü ildən istehsal olunan makaron qalib gəlir. Daha sonrakı sıralarda plov, pizza, toyuq kimi qidalar yerləşmişdir. Türklərin sevimli yeməklərindən olan kabab isə siyahıda 51-ci yeri tutub.


 Bütün dünyanın ən sevdiyi yemək elan edilən makaronun müvəffəqiyyəti doyurma qabiliyyətinin yüksək olmasında və ucuzluğundadır. Makarondan ən çox İtaliya və Venesuelada istifadə olunur.  


 Makaron kökəltmir, dietikdir. Tez həzm olunan bir yeməkdir. Makaron adi un və su qarışığından əldə edilən bir yemək olmasına baxmayaraq, XX əsrin əvvəlinədək sirri qorunan bir məhsul olmuşdur. İnadçı italyanlar ən sonunda buğdanın sirrini açıqladılar və onun başqa ölkələrdə də satışına icazə verdilər. Hazırda makaron dünyanın ən sevilən yeməyi adını qazanmışdır.

Tweet 1333