Dünyada yaşayan türk xalqları

Öz varlığını, dinini  qoruyub saxlayan türk xalqları dünyanın bir çox yerlərində məskən salmışlar. Belə yerlərdən biri də Qərbi Sibir hesab olunur.  Həmin ərazidə yaşayan türk xalqları əsasən bunlardır:  Sakalar – qədim zamanlardan monqol, tunquz, manqur xalqları ilə yaxın əlaqədə olduqlarına görə, dillərində həmin xalqlara məxsus sözlər çoxluq təşkil edir.  Əsasən, Yakutiya Muxtar Respublikasında, qismən də Kamçatkada yaşayan və rus ədəbiyyatında “yakut” adı altında tanınan bu türk xalqlarının ümumi sayı 385.000 nəfərdir.  Tuvalar – Qərbi Sibirdə türk xalqları içərisində sayca Sakalardan(yakutlardan) sonra 2-ci yerdə dururlar. Əsasən, Tuva Muxtar Respublikasında, qismən də Monqolustanda yaşayan bu xalq özünü tuvalar adlandırır. Onların ümumi sayı 210.000 nəfərdi.  Xakaslar – başlıca olaraq Xakas Muxtar Respublikasında yaşayırlar. İlk dəfə adı eramızdan əvvəlki Çin mənbələrində xaqias şəklində rast gəlinən bu xalq çar Rusiyası tərəfindən Abakan tatarları adlandırılmışlar. Bu xalqın ümumi sayı 90.000 nəfərə yaxındır.  Altaylar – Dağlıq Altay Muxtar Respublikasında yaşayırlar. Altay adı altında tanınan türk xalqı özünü altay  kiyi adlandırır. Onların sayı 80.000 nəfərə yaxındır.  Şorlar – Şimali Altayda yaşayırlar. Dilləri xakas dilinə çox yaxındır. Onların sayı 20.000 nəfərə yaxındır.  Kamasinlər – kiçik turk xalqıdır. Mani və Krasnoyarsk ölkəsinin Kani çayı sahilində yaşayırlar. Kamasinlərin sayı 350 nəfərə yaxındır.  Tofalar – elmi ədəbiyyatda əvvəllər qaraqas adı ilə tanınmış ilk kiçik türk xalqıdır. İrkutsk vilayətinin Niyneudinsk rayonunda yaşayan bu xalqın ümumi sayı 1.000 nəfərə yaxındır.  Yukagirlər – Sibirdə yaşayan türk xalqıdır. Onların sayı dəqiq bəlli deyil.  Çulum tatarları – Ob çayının Çulum hövzəsinə töküldüyü yerdə yaşayan kiçik türk xalqıdı. Bu xalqın ümumi sayı haqqında hələ də dəqiq məlumat yoxdur. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 300 nəfərdir.  Barabinlər – Novosibirsk ərazisində yaşayan türk xalqıdır. Tatarların bir qolu kimi öyrənilən barabinlərin dili tatar dilinə çox yaxındır. Bu kiçik türk xalqının ümumi sayı bəlli deyil.        Yüzlərlə bu cür az saylı türk xalqları demək olar ki, dünyanın hər yerində mövcuddur.  Azens.az
Tweet