Dünyanın Ən Bahalı Şəhərləri - 2014


2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:         1. Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi. Çörək:  3,36 $ 5 il bundan əvvəl: 2,90 $                         2. Bu Avropa şəhərinin adı, tarixi və mədəniyyəti hər zaman dillər əzbəri olub. Bu şəhərdə nəqliyyat, qida və yaşam çox bahalıdır. Söhbət dünyanın ikinci ən bahalı şəhəri olan Parisdən gedir. Çörək:  8,44 $ 5 il bundan əvvəl: 7,31 $                       3. Uzun illərdir Norveçin paytaxtı Oslo şəhəri bahalı olmasına görə “Economist Intelligence Unit” siyahısına daxil edilir. Sosial xidmətlərin (stomatologiya, gözəllik salonu, ictimai nəqliyyat) kifayət qədər baha olması bu ölkəni 3-cü pillədə yerləşdirib. Çörək:  5,91 $ 5 il bundan əvvəl: 5,33 $                     4. Sürix – bu şəhərin siyahıda olması heç təəccüblü deyil. Ən iri bankların özəyi, maliyyə mərkəzləri Sürixdə yerləşir. İsveçrənin Sürix şəhərində qarşınıza çıxan hər bir şey olduğundan çox bahalıdır. Çörək:  6,19 $ 5 il bundan əvvəl: 5,13 $                           5. Sidneyin ən bahalı şəhər olmasına əsas səbəb vergilərin yüksək olmasıdır. Sidney əvvəlki siyahılarda 3-cü yerdə yerləşmişdir. Çörək:  4,65 $ 5 il bundan əvvəl: 3,52 $                         6. Əvvəl daha yuxarı pillələrdə olan Tokio 2014-cü ilin statatistikasına əsasən, 6-cı pillədə qərarlaşıb. Ötən illərə nisbətən iqtisadi böhran yaşayan Tokioda vergilər olduqca yüksəkdir. Çörək:  7,12 $ 5 il bundan əvvəl: 7,55 $                       7. Daha bir İsveçrə şəhəri 7-ci pillədə yer alıb – Cenevrə. Bu şəhərdə orta gəlir bir nəfər üçün 3000 $ təşkil edir. Çörək:  6,38 $ 5 il bundan əvvəl: 5,86 $                         8. Melburn – Avstraliyanın ikinci ən böyük şəhəri. Şəhərin iqisadiyyatı, Universitetləri və mədəniyyəti olduqca inkişaf etmişdir. Çörək:  4,43 $ 5 il bundan əvvəl: 3,77 $                     9. Venesuelanın paytaxtı olan Karakasa bütün qida ehtiyatı uzaqlardan gətirilir, burda bir çox sosial xidmətlər də bahadır. Şəhərdə qida məhsullarında qiymət artımı tez-tez baş verir. Çörək:  11,02 $ 5 il bundan əvvəl: 6,98 $                     10. Kopenhagen bir çox Skandinaviya ölkələrindən təmizliyinə, rahatlığına və cəlbediciliyinə görə fərqlənir. Şəhərdə yaşam, tibb və transport kifayət qədər bahalıdır. Ötən ilki siyahıda Kopenhagen 15 pillədə yerləşmişdi. Çörək:  4,82 $ 5 il bundan əvvəl: 3,82 $                       AZENS.AZ Orucova Jalə
Tweet