Dünyanın ən böyük tıxacları hardadır?


Amma dərd odur ki, Bakıda tıxaclar yalnız mərkəzdə və pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən anında yarana bilər.

Nə yeni yollar, nə körpülər, nə hansısa keçidlər tıхaсlara əncam çəkə bilmir ki, bilmir.

Tıxacları aradan qaldırmaq üçün Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi də tətbiq edilib. Bu sistemin işləməsi üçün paytaxt ərazisində 450 kilometr elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilib. Küçə və prospektlərdə 1612 ədəd, avtobuslarda 2096 ədəd, mərkəzi sistemdə isə 378 ədəd avadanlıq quraşdırılıb. Bu avadanlıqların sırasında 181 server, 18 şəbəkə bloku, 73 operator avadanlığı, 100 ofis idarəetmə avadanlığı, dünyada ən iritutumlu 6 UPS var. Bunlardan başqa, Mərkəzdə 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük - 120 kvadratmetr sahəsi olan monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür. Bundan əlavə, Daxili İşlər Nazirliyinin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır. Amma…

Amma tıxac problemi çözülmür ki, çözülmür.

Yuxarıda qeyd etdiyimiz kimi tıxac dünya meqopolislərinin həllində çətinlik çəkdiyi əsas problemlərdən biridir. “İqtisadi forum” jurnalının məlumatına görə, İBM “sürücülər üçün əlverişli olmayan şəhərləri”n reytinqini tərtib edərkən 5 qitəni əhatə edən 20 meqapolisdə 8 mindən çox sürücü arasında sorğu aparıb. Sorğuya görə, respondentlərin 87%-i son 3 ildə yol tıxacına düşüblər və bu tıxaclarda orta hesabla 1 saat itiriblər.

Sorğunun nəticəsi balla qiymətləndirilib. Reytinq cədvəlinə görə, ən çox bal toplayan şəhərlər yüksək tıxac olan, sürücülər üçün əlverişsiz olan şəhər hesab olunur. Şəhərlər 100 bal sistemi ilə qiymətləndirilib. Ən pis göstərici 100, ən yaxşı göstərici isə 1 bal hesab olunub.

Qiymətləndirmə nəticəsində ən problemli şəhərlər Pekin, Mexiko, Yohannesburq və Moskva olub. Tədqiqata görə, Pekin və Mexiko 99, Yohannesburq 97, Moskva isə 84 bal toplayıb.

Ən yaxşı nəticə Stokholm, Melburn, Hyuston və Nyu-Yorkda qeydə alınıb. Bu şəhərlər uyğun olaraq 19, 17, 17 və 15 bal toplayıb.

Bundan başqa Nyu-Dehli - 81, San-Paulo - 75, Milan - 52, Buenos Ayres - 50, Madrid - 48, London - 36, Paris - 36, Toronto - 32, Amsterdam - 25, Los-Anceles - 25, Berlin - 24, Monreal – 23 bal toplayıb. Reytinqin tərtibində 10 göstəricidən, o cümlədən yola sərf olunan və tıxaclarda gözləmə vaxtından istifadə olunub. Tıxaclarda gözləmə vaxtına görə ən yaxşı göstərici Melburn, Stokholm və Buenos-Ayres nümayiş etdirib. Bu şəhərləri təmsil edən respondentlərin 25%-i heç vaxt tıxacda olmadıqlarini bildiriblər.

Reytinq tərtibçiləri Moskva sürücülərini dünyada ən səbirli sürücüsü hesab edirlər. Respondentlərin sözlərinə görə, son 3 ildə tıxacda itirilən maksimum vaxt 2,5 saat olub ki, bu da orta göstəricidən 2 dəfə azdır.

Dünyanın tıxac praktikasında maraqlı məqamlar yaşanıb. İndiyə qədər ən uzun tıxac 1980-ci ildə Fransada Paris və Lion arasında olub. Onun uzunluğu 176 kilometr imiş. Bu tıxac bir həftəyədək davam edib.

Dünyada tıxacın uzunluğuna görə ikinci yeri isə 1993-cü ildə Almaniyada Hamburq yaxınlığında yaşanan 160 kilometrlik tıxac tutur.

Türkiyədə İstanbul (Bosfor) boğazının Anadolu sahilində yaranmış bir tıxacda avtomobil şoferləri bezib çölə çıxıblar və yolun yanındakı boş ərazidə futbol oynayıblar. Bu görüntülər dünyaya yayılmışdı. Hətta bəzi mətbu orqanlar bu aksiyanın tıxac probleminə qarşı bir flaşmob olduğunu da iddia ediblər. 

Avstraliyada isə pik saatlarında tıxaclar səbəbindən motosiklet və bu kimi vasitələrdən istifadə edilir.

Türkiyənin Şırnak əyalətində İraqa yaxın ərazidə 20 kilometr tıxac olub. Maşınların əksəriyyəti 7-8 ton yüklü TIR-lar olub.

Bir dəfə isə Avropada baş verən tıxac 11 saat davam edib. Maraqlısı odur ki, həmin gün məktəblər bağlı olub və ancaq 1-ci siniflər dərsə getməli imiş. 11 saat tıxacda qalan şagirdlər dərsə də gedə bilməyiblər.

Daha bir maraqlı hadisə isə Türkiyənin Suriya sərhədində baş verib. Gömrükdə yaranmış problem səbəbindən 40 km-lik tıxac yaranıb. Maşınlar 72 saat hərəkət etməyib.
Braziliyanın ən böyük şəhəri olan San Pauloda pik saatlarda tıxacların uzunluğu isə 180 kliometrə qədər çatır.

Qeyd edək ki, San Pauloda tıxaclar ən az 4 saat davam edir. 11 milyon insanın yaşadığı şəhərdə bəzi iş adamları nəqliyyat vasitəsi kimi helikopterdən istifadə edir.

Səbuhi MƏMMƏDLİ
Tweet 722