Dünyanın ən böyük yarası


 "Earth and Planetary Science Letters"ə istinaldən bildirilir ki, krater 30 kilometr diametrə malik asteroidin Yerə çarpılması nəticəsində yaranıb. "Dünyanın ən böyük yarası" adlandıra biləcəyimiz kraterin aşkarlanması Yerin milyardlarla il əvvəl məruz qaldığı meteorit bombardmanlarının təbiətini anlamağa kömək edəcək.

 Üstəlik, tapıntımız belə bombardmanın indiyədək hesab edildiyi dövrdən 1 milyard il əvvəl başlandığını göstərir. Üç il ərzində apardığımız araşdırma və tədqiqatlarımızın nəticələri belədir", - araşdırma qrupunun rəhbəri, Britaniyadakı Kardiff Universitetinin professoru Ayen MakDonald deyib.


 Rusiya Elmlər Akademiyasının Geosferlərin Dinamikası İnstitutunun professoru Boris İvanovun sözlərinə görə, krater 2010-ci ildə Qrenlandiyaya ekspedisiya zamanı öyrənilməyə başlanıb. Krateri Danimarka və Qrenlandiyanın Geoloji Xidmətinin geoloqu Adam Qarde təsadüfən tapıb. O, Danimarkadakı dağ-mədən şirkətlərinin birinin sifarişi ilə Maniitsok şəhərinin həndəvərlərinin geoloji xəritələrini araşdırırdı. Qarde həmin yerdəki lay süxurları və strukturlarda qəribə anomaliyarla qarşılaşıb, az sonra isə tədqiqatlara İsveç, Britaniya və Rusiyadan olan həmkarlarını cəlb edib.


 Azens.az saytının məlumatına görə, meteoritin düşdüyü yerdəki süxurlar 3 milyard il ərzində formalaşıb. Kraterin ənənəvi kasavari formasının olmaması da məhz onun böyüklüyü və təşəkkül tapdığı uzun vaxtla bağlıdır.Həmin illər ərzində meteroitin düşdüyü yerin bütün izləri məhv olub, qalanlar isə yalnız zərbə dalğasının süxurlarda yaratdığı deformasiya olub. Əgər həmin meteorit Avropaya düşsəydi, diametri 500-600 kmolan nəhəng çala yaranardı. Bunun nəticəsində Yerdəki bütün canlılar məhv olardı.

Tweet 1069