Dünyanın ən güclü orduları


Hərbi büdcəsi 695 milyard dollar təşkil edir. ABŞ ordusu beş hissəyə bölünür: Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Piyada Qoşunları, Sahil Mühafizəsi.  İkinci yeri dünyanın ən böyük ordusu olan Çin tutur. Çin ordusunun 2.500.000 əsgəri var. Əsgərlik müddəti 18-49 yaş arasıdır, hərbi büddəci 100 milyard dollardır. İsrail çox varlı ölkə olmasa da, onun ordusu güclülüyünə görə dünyada üçüncü yerdədir. İsrail tarix boyu bir çox ölkələrlə müharibə etmiş və qələbə qazanmışdır. İsrail Silahlı Qüvvələrinin (İDF - the Army of Defense) büdcəsi 16 milyard dollar təşkil edir. Əsgərlik müddəti kişilər üçün - 36 ay, qadınlar üçün - 24 aydır.  Dördüncü pillədə yer alan Rusiya: quru qoşunlardakı hərbi texnika – 91,7 min ədəd, ordu heyətinin sayı – 1,2 milyon nəfər, hərbi-hava qüvvələri – 2,7 min ədəd, hərbi-dəniz qüvvələri – 233 ədəd, hərbi büdcə – 56 milyard dollardır.  Cənubi Koreya 665.000 əsgərlə beşinci pillədə yer alıb. Koreya ən az əsgər itkisi verən dövlətlərdəndir. Koreya Milli Ordusu 1939-cu ildə yaranmışdır.  Hindistan 1.300.000 əsgər ilə ən qədim orduya malikdir. Bununla belə, dünyada ən çox könüllü əsgəri olan dövlət Hindistandır.    Dünyanın ən güclü orduları siyahısında qardaş dövlət Türkiyə də var. Əsgərlərə  `mehmetcik` deyə müraciət olunur, 789.000 əsgərə malikdir.  Digər pillələri isə Almaniya, Pakistan, Fransa, Böyük Britaniya tutur.   Orucova Jalə - Azens.az
Tweet 5579