Dünyanın ən "insaflı" 5 oğrusu


 Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi. 2. Jamie Mc`Leratın kamerası onun şəxsi avtomobilindən oğurlanmışdır. Oğru kamera sahibinin ölümcül xəstə olduğunu öyrəndikdən sonra dərhal onu qaytarmağa qərar verir. Xərçəng xəstəsi olan Jamie kamerada uşaqlarının şəkil və videolarını saxlayırdı. Oğru sahibin üzücü hekayəsini radio vasitəsilə öyrənmişdi.

3. 2011-ci il, Oktyabr ayında oğru maşından 2 mobil telefon və pulqabını götürür. Telefonların birini açıb baxanda, videoların içində uşaq pornoqrafiyası ilə bağlı lentlər görür və bu onu o qədər iyrəndiri ki, həmin telefonu da götürüb, polisə təslim olur. Onun bu köməkliyi ilə, uşaqlara zorakılıq tətbiq edən 46 yaşlı kişi tutulur. Telefon oğrrusuna isə cəmi bir ay həbs cəzası və kiçik cərimə tətbiq edilib.

4. Aşağı Saksoniyadakı evlərdən birinə silahlı oğru girir. Evin dayəsinə silahla təhdid etdiyi vaxtı, evdəki uşaqların yığdıqları pulları ona gətirirlər ki, dayələrini vurmasın. Oğru o qədər təsirlənir ki, evdən heç bir şey götürmədən çıxıb gedir.
 
5. Hyustonda gənc ailə balaca uşaqları ilə balıq ovuna gedirlər. Cütlük hava sərin olduğu üçün uşağı maşında saxlamağa qərar verirlər. Elə bu anda avtomobilin açıq olduğunu görən oğru maşına soxulur. Maşını bir müddət idarə edən oğru avtomobildə körpənin olduğunu görür. Və avtomobili geri sahibinə qaytarır. Azens.az

Tweet 810